Arxiv
16 İyul 2021, 08:44 | ANALİTİKA
Qarabağ ətrafında siyasi döyüş: Blinkenin zəngi, rusların “sübutu”...

ABŞ dövlət katibi Entoni Blinken Paşinyana zəng etdi, ardınca Fransanın Ermənistandakı səfiri Conatan Lakott Paşinyanla görüşdü və məlum oldu ki, Fransa prezidenti Emmanuel Makron İrəvana səfər edəcək.


Bu təmaslar Qərbin (ABŞ və Fransa) Ermənistanda seçkilərdən sonra münasibətləri aydınlaşdırmaq istəyindən irəli gəlir və Paşinyanın Moskvada Putinlə görüşündən sonra baş verməsi də buna hesablanıb.


Blinkenin zəngində və Fransa səfirinin görüşdə Qarabağla bağlı dediklərinə bu kontekstdə də baxa bilərik: Qərb Ermənistanda mövqelərini qorumaq üçün Paşinyanın leksokinundan çıxış edir.


Hərçənd, bu, Qarabağla bağlı siyasi proseslərin də inkişafını müəyyənləşdirən məqamdır.


Blinken “Dağlıq Qarabağ”dakı müharibədən sonra yaranmış status-kvo sabitiliyə təminat vermir və Minsk qrupunun fəaliyyəti bərpa edilməlidir” deməklə Moskvaya mesaj verir:


- Ruslar Qarabağda təhlükəsizliyi qoruya bilmir;


- Münaqişə yalnız Minsk qrupu çərçivəsində həllini tapa bilər/


İkinci mesaj Bakının da mövqeyinə ziddir, lakin Fransadan fərqli olaraq, ABŞ prosesdə Azərbaycanın mövqeyinə də yer verəcək. Blinkenin “uzunmüddətli sülh prosesinə nail olmaq üçün gündəliyin hazırlanmasına ehtiyac var” sözləri də məsələ ilə bağlı təktərəfli qərarın verilməsinin mümkün olmadığı deməkdir.


Səfir Lakottın “münaqişənin həll olunmadığını və bunun yalnız “Dağlıq Qarabağın statusu”nun müəyyənləşməsindən sonra mümkün olacağını” deməsi rəsmi Parisin “status” üzərindən davam edəcəyini aydın göstərir. Makronun Ermənistan səfərində bu mövqeyin daha sərt formada sərgilənəcəyi də gözləniləndir.


Vaşinqton və Parisin Bakı üçün təhlükəli olan ortaq mövqeyi birdir: münaqişə bitməyib və Minsk qrupunun fəaliyyətinin bərpa edilməlidir;


Prezident İlham Əliyevin iyulun 14-də verdiyi mesajlar da hər iki paytaxta ünvanlanmışdı.


Bu proseslər fonunda Qarabağda eşidilən atəş səsləri diqqət çəkir və düz məntiqə görə, tətiyi çəkən Ermənistandır: Paşinyan “mövcud status-kvonun sabitliyə təminat vermədiyini” deyən Qərbə bölgədə sabitliyin olmadığını və bununla Minsk qrupunun fəaliyyətinin bərpasının zəruriliyini nümayiş etdirir.


Hərçənd, tərs məntiqlə baxdıqda kifayət qədər qarışıq situasiya ortaya çıxır:

  • 1. Qarabağdakı qanunsuz erməni silahlı dəstələrinə Rusiyanın təsir imkanlarının genişliyi;

  • 2. Rusiya Müdafiə Nazirliyinin rəsmi məlumatının mətnində verilən mesajlar.

  • Qərbin sərgilədiyi mövqe Rusiyanın Qarabağ məsələsində əlini gücləndirir: Moskva Bakıya göstərir ki, “sənin maraqlarının yeganə təminatçısı mən ola bilərəm, əks təqdirdə, digər həmsədr ölkələr münaqişəni yenidən masaya daşıyacaq”. Və təbii ki, rusların bunun qarşılığında öz istəkləri var.


    Eşidilən atəş səsləri də Rusiyanın Bakıya təqdim etdiyi “sübut” ola bilər.


    Qarışıq situasiya fonunda bütün tərəflərin - Ermənistana, Rusiyaya və “münaqişənin bitdiyini” qəbul etməyən – önünü kəsmək üçün yenidən güc tətbiqinə ehtiyac yaranır.


    Asif Nərimanlı

     

    BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
    + Arxiv
    Ağstafada 4 otaqlı ev yandı 24 Sentyabr 2021, 00:52 Daha bir ölkədə vulkan püskürdü 24 Sentyabr 2021, 00:50 ABŞ İsrailin raket sistemləri üçün 1 milyard dollar ayırır 24 Sentyabr 2021, 00:37 Şahmatçılarımız Avropada növbəti dəfə qələbə qazandılar 24 Sentyabr 2021, 00:19 Mediasiya Şurasının geniş iclası keçirildi 24 Sentyabr 2021, 00:08 Qardaşı Mübariz Mənsimovu məhkəməyə verdi 23 Sentyabr 2021, 23:55 Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşdü - FOTO 23 Sentyabr 2021, 23:40 Rusiyada hərbi helikopter yoxa çıxıb 23 Sentyabr 2021, 23:34 Azərbaycan Ermənistanı beynəlxalq məhkəməyə verdi 23 Sentyabr 2021, 23:13 NATO-nun iki hərbi gəmisi Qara dənizə girdi 23 Sentyabr 2021, 22:58 BMT-nin missiya rəhbəri Kabilə qayıtdı 23 Sentyabr 2021, 22:40 XİN başçısı slovakiyalı həmkarı ilə görüşdü 23 Sentyabr 2021, 22:21 Ceyhun Bayramov Baş katiblə müzakirələr aparıb 23 Sentyabr 2021, 22:07 Türkiyə əhalisinin 69%-dən çoxu tam peyvəndlənib 23 Sentyabr 2021, 21:51 Şəhid tabor komandirinin xatirəsi anıldı - FOTOLAR 23 Sentyabr 2021, 21:36 Sabiq partiya sədrinə YAP-ın vəsiqəsi verildi 23 Sentyabr 2021, 21:28 Türkiyəli futbolçu rəsmən “Barselona”da 23 Sentyabr 2021, 21:12 “Azərbaycan Opera İnciləri” filmi təqdim olundu 23 Sentyabr 2021, 21:01 FHN hava ilə bağlı əhaliyə müraciət etdi 23 Sentyabr 2021, 20:48 “ABŞ-la düşmən yox, dost olmaq istəyirik” - Ərdoğan 23 Sentyabr 2021, 20:32 Azərbaycanda ali təhsil almağın QİYMƏTİ - İllik 6500 manat... 23 Sentyabr 2021, 20:18 Sel bəzi rayonları su, qaz və işıqsız qoydu 23 Sentyabr 2021, 20:15 Çimərlik güləşçimiz dünya çempionu oldu 23 Sentyabr 2021, 20:14 Ərdoğan Putinlə görüşdə bu məsələləri müzakirə edəcək 23 Sentyabr 2021, 20:06 Blinken fransalı həmkarı ilə görüşəcək 23 Sentyabr 2021, 19:53 “İğdırdan Naxçıvana dəmir yolu çəkiləcək” - Ərdoğan 23 Sentyabr 2021, 19:39 Ərdoğan: “Paşinyandan müsbət mesajlar alırıq” 23 Sentyabr 2021, 19:27 İƏT nümayəndələri ANAMA-da olub 23 Sentyabr 2021, 19:13 Nizami Gəncəvi Mərkəzinin üzvləri Ərdoğanla görüşdülər 23 Sentyabr 2021, 19:10 Özbəkistan Prezidenti Eldar İbrahimovu təltif etdi 23 Sentyabr 2021, 19:08 Zaqatalada çayda batan kişinin meyiti tapıldı - VİDEO 23 Sentyabr 2021, 18:56 Fərid Qayıbov Azərbaycan Güləş Federasiyasında - FOTOLAR 23 Sentyabr 2021, 18:45 Naxçıvanda şəhid ailələrinə medallar təqdim olundu   23 Sentyabr 2021, 18:36 Həkim: “Böyrək daşını əritmək üçün dərman yoxdur” 23 Sentyabr 2021, 18:24 Şəhidlərimiz dini məbədlərdə yad olunacaq   23 Sentyabr 2021, 18:14
    SORĞU Hansı vaksinə etibar edirsiniz?