Arxiv
17 İyul 2021, 14:48 | TƏHSİL
1-2 iyul tarixli imtahanların nəticələri AÇIQLANDI

Dövlət İmtahan Mərkəzi 1 və 2 iyulda keçirilən imtahanların nəticələrini elan edib.

 

Modern.az xəbər verir ki, abituriyentlər imtahan nəticələrini verilən linkdən (https://eservices.dim.gov.az/2021/netbak1/) öyrənə bilərlər.

 

İmtahan nəticələri aşağıdakı abituriyentlərə aiddir:

 

1.əvvəlki illərin məzunları üçün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının 1-ci mərhələsi, V ixtisas qrupu və 11 illik təhsil bazasında kolleclərə qəbul imtahanı;

 

2. müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı;

 

3. qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan.

 

Yuxarıdakı 3 kateqoriyaya aid olan

 

4. aprel ayında keçirilən buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən XI sinif şagirdləri üçün buraxılış imtahanı;

 

5. eksternat qaydasında imtahan verənlər üçün buraxılış imtahanı.

 

4-cü və 5-ci kateqoriyaya aid olan şagirdlər isə nəticələrini bu linkdən (https://eservices.dim.gov.az/2021/netorta/) öyrənə bilərlər.

 

İştirakçılar imtahan nəticələri ilə yanaşı, cavab vərəqinin qrafik təsviri, qapalı tipli tapşırıqların doğru cavabları, həmçinin hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları (tapşırığın ehtimal olunan doğru cavabları, həlli və qiymətləndirmə şkalası) ilə də tanış ola bilərlər.

 

Abituriyentlər (şagirdlər) imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

 

Yazı işlərinin (açıq tipli tapşırıqların cavabları) yoxlanılması prosesi respublikada keçirilən sosial izolyasiya tədbirlərinə uyğun olaraq onlayn şəkildə həyata keçirilib. Belə ki, hər marker yoxlama prosesinə öz evindən qoşularaq proqramın onun kompüterinə təsadüfi göndərdiyi işləri yoxlayıb. Qeyd edək ki, onlayn (evdən) yoxlama prosesində üztanıma texnologiyası tətbiq edilib və yoxlama prosesinin bütün tələblərinə (meyarların təkmilləşdirilməsi, işlərin şifrələnməsi, markerlərin hər tapşırıq üzrə yoxlamadan əvvəl kalibrləmədə iştirak etməsi, yoxlama ərzində "seeding" prosesinin (markerlərə sayıqlığı itirməmək üçün əvvəlcədən hazırlanan və kalibrə edilən sualların mütəmadi olaraq göndərilməsi) tətbiqi, işlərin markerlərə proqram tərəfindən təsadüfi göndərilməsi, imtahan protokollarının araşdırılması və s.) əməl olunub.

 

Yazı işlərinin onlayn (evdən) yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.

 

Bu imtahanlarında iştirakı nəzərdə tutulan 22 679 nəfərdən 3 437 nəfər imtahana gəlməyib. 15 nəfər isə tələb olunan qaydaları pozduğu üçün imtahandan xaric olunub.

 

Qəbul imtahanı iştirakçıları arasında ən yüksək nəticəni Zəngilan rayonu, 21 saylı orta məktəbin 2020-ci il məzunu göstərib. IV ixtisas qrupu üzrə sənəd verən həmin abituriyent toplanılması mümkün olan 300 baldan 287,8 bal toplayıb.

 

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 23 iyul 2021-ci il tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etməmişdən əvvəl iştirakçılar DİM-in saytında, imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 18-22 iyul tarixlərində DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apelyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apelyasiya təşkil olunmur. Apellyasiya müzakirəsində abituriyentin (şagirdin) iştirakı vacibdir. Bir iştirakçının ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Yoluxma azaldı - 19 nəfər öldü 25 Sentyabr 2021, 16:40 Ceyhun Bayramov yəhudi təşkilatlarının nümayəndələri ilə görüşüb 25 Sentyabr 2021, 16:36 Azərbaycan və Qırğızıstan XİN başçıları görüşdü 25 Sentyabr 2021, 16:15 Azərbaycandan başlayaraq, "Teknofest"i bütün müttəfiq ölkələrdə keçirəcəyik - Ərdoğan 25 Sentyabr 2021, 16:08 "Taliban" Tacikistanla sərhədə xüsusi təyinatlı qoşun toplayıb 25 Sentyabr 2021, 16:00 Şəhid ailələri ziyarət olunub - FOTOLAR 25 Sentyabr 2021, 15:52 Əhməd İsmayılov "TÜRKSOY-un Media Mükafatı"nı alan jurnalistlərlə görüşüb 25 Sentyabr 2021, 15:45 İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi 25 Sentyabr 2021, 15:37 Hava şəraiti ilə əlaqədar əhaliyə XƏBƏRDARLIQ 25 Sentyabr 2021, 15:30 Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimi davam edir - VİDEO 25 Sentyabr 2021, 15:22 “Taliban” Əfqanıstanda 4 nəfəri edam etdi 25 Sentyabr 2021, 15:15 Sülhməramlıların yeni komandanı Ermənistanın müdafiə naziri ilə görüşüb 25 Sentyabr 2021, 15:07 Çağırışçıların hərbi hissələr üzrə bölgüsü aparılır - Nazirlik 25 Sentyabr 2021, 15:00 42 manat borca görə tanışını öldürən sahibkara hökm oxundu 25 Sentyabr 2021, 14:38 Jurnalist Elnur Əşrəfoğlunun son durumu açıqlandı 25 Sentyabr 2021, 14:30 İƏT nümayəndələri Azərbaycana səfərin nəticələri ilə bağlı bəyanat qəbul etdi 25 Sentyabr 2021, 14:22 İrana getmək istəyənlərin NƏZƏRİNƏ 25 Sentyabr 2021, 14:15 Sabiq nazir 9 milyon rüşvəti belə alıb - DETALLAR 25 Sentyabr 2021, 14:07 Nazir kinoteatrların açılmasına münasibət bildirdi 25 Sentyabr 2021, 14:00 Arvadını boğaraq öldürən şəxsə 12 il iş kəsildi 25 Sentyabr 2021, 13:54 Bakının milli tərkibi - türklər, ruslar, ermənilər - MARAQLI STATİSTİKA 25 Sentyabr 2021, 13:47 Rusiyanın 1 günlük koronavirus statistikası 25 Sentyabr 2021, 13:41 Kişi arvadını “Instagram” parolunu vermədiyinə görə ÖLDÜRDÜ 25 Sentyabr 2021, 13:35 YUNESCO-nun qərəzsiz mövqe tutmasını gözləyirik - Nazir 25 Sentyabr 2021, 13:28 Usta təmir etdiyi evdən 24 min manatlıq oğurluq etdi - VİDEO 25 Sentyabr 2021, 13:21 Türkiyədən Rusiyaya idxal olunan meyvə və pomidorda virus tapıldı 25 Sentyabr 2021, 13:14 İnternatlardan çıxan 70 nəfərə ev verildi - FOTO 25 Sentyabr 2021, 13:07 Bakıda 3 kişi qadına zor tətbiq edib 25 Sentyabr 2021, 13:00 Bakıda yağış, rayonlara qar yağacaq - Sabahın havası 25 Sentyabr 2021, 12:54 Tanınmış kardioloq koronavirusdan öldü - FOTO 25 Sentyabr 2021, 12:47 Bu xəstəxanaya yeni baş həkim təyin olundu 25 Sentyabr 2021, 12:40 Şəhid jurnalistlər “TÜRKSOY Media Mükafatı”na layiq görüldü 25 Sentyabr 2021, 12:32 Prokurorlar ağac əkdilər - FOTOLAR 25 Sentyabr 2021, 12:25 İlham Əliyevin “Nasionalnaya oborona” jurnalına müsahibəsi - VİDEO 25 Sentyabr 2021, 12:18 Qarabağdakı sülhməramlıların komandanı DƏYİŞDİ 25 Sentyabr 2021, 12:10
SORĞU Hansı vaksinə etibar edirsiniz?