Modern.az

“Azərbaycan” qəzetinin şöbə redaktoru vəfat etdi

“Azərbaycan” qəzetinin şöbə redaktoru vəfat etdi

Allah rəhmət eləsi̇n

18 İyul 2021, 09:59

Əməkdar jurnalist, “Azərbaycan” qəzetinin şöbə redaktoru Allahverdi Mehdiyev bu gün səhər rəhmətə gedib.

Bu barədə Modern.az-a mərhumun yaxınları məlumat veriblər. Onun ölmünə səbəb insult keçirməsi olub.

Allaherdi Mehdiyev əvəllər açıq ürək əməliyyatı keçirmişdi...

Əməkdar jurnalist A.Mehdiyev əslən Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndindəndir. 1980-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirib.

Jurnalistikadakı fəaliyyətinə görə, “Tərəqqi” medalı ilə təltif olunub. 2020-ci ildə milli mətbuatın 145 illik yubileyi ilə əlaqədar “Əməkdar jurnalist” fəxri adına layiq görülüb. O, uzun illər idi ki, “Azərbaycan” qəzetində Beynəlxalq şöbənin redaktoru vəzifəsində işləyirdi... 

Allah rəhmət eləsin...

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!