Modern.az

Asimmetrik müharibədən sərhəddə təxribatlara: Ermənistan yenə də cinayətlər törədir

Asimmetrik müharibədən sərhəddə təxribatlara: Ermənistan yenə də cinayətlər törədir

26 İyul 2021, 14:13

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Konamdanı cənab İlham Əliyevin rəhbərliyi altında möhtəşəm üsullarla aparılan 44-günlük Vətən müharibəsi açıq şəkildə Ermənistanın hərbi, siyası və diplomatik acizliyini nümayiş etdirdi. Ən müasir hərbi texnika ilə təchiz olunan və döyüşlərdə inanılmaz şücayət göstərən qəhrəman Azərbaycan Ordusunun zərbələrinə tab qətirməyən erməni silahlı qüvvələri, beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozaraq,asimmetrik müharibə aparmağa üstünlük verib.

 

Məlum olduğu kimi, beynəlxalq silahlı münaqişələr hüququ bir çox digər məsələlərlə yanaşı silahlı qarşıdurmada olan tərəflərin mübarizə üsulları və vasitələrinin tətbiqinin dəqiq hüquqi çərçivəsini müəyyən edir. Ancaq nəzərə almaq lazımdır ki, münaqişə tərəflərinin hərbi potensialı, döyüşmək iradəsi müxtəlif olur və məğlubiyyət təhlükəsi ilə üzləşən tərəf bir çox hallarda müharibənin qadağan olunan üsullarından və cinayət xarakterli qeyri-ənənəvi döyüş taktikasından istifadəsinə üstünlük verir.Bu cür hərbi konsepsiya müasir beynəlxalq leksikonda “asimmetrik müharibə” kimi tanınır. Ümumiyyətlə “assimetrik münaqişə” adlı termin ilk dəfə olaraq 1975-ci ildə britaniyalı alim Endrü Makkınin Kembric universiteti tərəfindən dərc edilən “World Politics” jurnalındakı məqaləsinə daxil edilib və sonradan geniş miqyasda sinonimlər kimi stifadə edilən “asimmetrik müharibə” və “asimmetrik münaqişə” ifadələri beynəlxalq miqyasda işlədilib.

 

Asimmetrik müharibə müxtəlif səviyyələrdə - hərbi-strateji, operativ, siyasi səviyyələrdə və müxtəlif formada (məsələn, terror üsullarından istifadə etməklə) aparıla bilər, ancaq hər bir halda uzun illərdən bəri formalaşan və silahlı münaqişələri tənzimləyən beynəlxalq hüquq normaları və prinsiplərinin açıq-aşkar pozulmasını və nəticədə bir çox hallarda müharibə cinayətlərinin törədilməsini ehtiva edir. Belə bir asimmetrik müharibə formalarının bariz nümunələrini 44-günlük Vətən müharibəsinin gedişində Ermənistan silahlı qüvvələri nümayiş etdirmişlər və onların tərəfindən aparılan əməliyyatlar ilk növbəbə beynəlxalq humanitar hüququ ciddi çəkildə pozmuşdur. Asimmetrik müharibənin göstəriciləri olan – mülki əhaliyə və mülki infrastruktur obyektlərinə hücumlar, qadağan edilmiş müharibə vasitələrindən - klaster (kasset), fosfor sursatlarından istifadə, ətraf mühitə uzunmüddətli və genişmiqyaslı ziyan vurulması, muzdluların və uşaqların hərbi əməliyyatlara cəlb edilməsinə mənfur qonşularımız tərəfindən sistematik şəkildəyol vermişlər. Ancaq Ermənistanın silahlı qüvvələri tərəfindənən alçaqvasitələrdən və üsullardan istifadə edilməsinə baxmayaraq, Azərbaycan Ordusu onları darmadağın etmişdirvə düşmən tərəfinin kapitulyasiyası nəticəsində bölğədə yeni qeo-strateji vəziyyət yaranmışdır. Bu cür şəraitdə novbəti ən mühüm addımlardan birinidövlət sərhədlərinin delimitasiyası və demarkasiyası təşkil edir və bu proses ümumilikdə regionda beynəlxalq sülhün və təhlükəsizliyin bərqərar olunmasına xidmət edir. Burada fundamental hüquqi yanaşma isə ondan ibarətdir ki, siyasi və hüquqi kollapsa uğrayan Sovet İttifaqının keçmiş respublikalarının inzibati sərhədləri müstəqillik əldə etmiş dövlətlərin beynəlxalq sərhədlərinə çevrilmişdir və ölkəmiz beynəlxalq hüququn müəyyən etdiyi çərçivədə müvafiq tədbirləri həyata keçirir.

 

Təəsüf ki, Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq təcrübədə qəbul edilmiş dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə müvafiq işləri görmək əvəzinə acizlik nümayiş etdirərək, Azərbaycanın Zəngilan, Qubadlı, Laçın və Kəlbəcər rayonları boyunca dövlətlərarası sərhəd rejimini pozmağa cəhd edir, təxribatlar törətməklə bölgədə vəziyyəti gərginləşdirməyə çalışır.İyulun 23-də Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutmasıvə hərbi qulluqçumuzun qətlə yetirməsi erməni vandallığının növbəti nümunəsi olmuşdur. Bu azmış kimi, 25 iyul tarixində Kəlbəcər rayonunun Zəylik kəndi istiqamətindəki Azərbaycan Ordusunun mövqelərini snayper tüfəngi və avtomatlardan fasilələrlə atəşə tutub.Əlbəttə ki, Azərbaycanın silahlı birləşmələri düşmənə layiqli cavab vermişlər və hər zaman təcavüzkarı susdurmağa qadirdirlər. Ancaq ordusuna ölümcül zərbələr endirilmiş, kapitulyasiya aktına imza atan, iqtisadiyyatı tamamilə tənəzzülə uğrayan, müstəqil dövlət kimi hələ də formalaşmayan Ermənistan bütövlükdə regionda sülh proseslərinə ciddi təhlükə yaradır və uzun müddət yürütdüyü militarist, terror siyasətini davam etdirir. Hər bir halda bu cür düşmənçilik siyasətihansısa nəticə verə bilməz və bölgədə yeni təhlükəsizlik və əməkdaşlıq formatının hər hansı başqa alternativi yoxdur. Bir daha qeyd etmək lazımdır ki, dövlətimiz tərəfindən 44 günlük Vətən müharibəsində əldə edilən parlaq qələbənin məntiqi nəticəsi olaraq sərhədlərin toxunulmazlığı prinsipinin bərpası üzrə zəruri tədbirlərin həyata keçirilməsi beynəlxalq hüquqla tanınır və müdafiə edilir.   

 

Nizami Səfərov, Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquq elmləri doktoru 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir