Arxiv
27 İyul 2021, 15:11 | PARLAMENT
Bakıda spikerlərin üçtərəfli görüşü keçirildi - VİDEO

Bu gün Milli Məclisdə ilk dəfə Türkiyə, Azərbaycan və Pakistan parlamentlərinin sədrləri Mustafa Şentop, Sahibə Qafarova, Əsəd Qayserinin üçtərəfli görüşü keçirilib.

 

Modern.az xəbər verir ki, görüşdə deputatlar da iştirak ediblər.

 

Milli Məclisin sədri Sahibə Qafarova çıxışında bildirib ki, Azərbaycan parlamentində belə tədbirin keçirilməsi tarixi hadisədir:

 

"Üçtərəfli formatda ilk görüşün keçirilməsi tarixdə öz yerini tutacaq. Üç ölkə arasında mövcud olan münasibətlər qardaşlıq əlaqələrinin etimadına söykənir. Bu əlaqələrin günümüzə qədər gəlib çıxması təqdirəlayiq haldır. Bugünkü görüş hər üç xalqın bir-birinə yaxınlaşması zərurətinin bariz nümunəsidir.

 

Beynəlxalq münasibətlərdə ikili standartlar hələ də qalmaqdadır. İkili standartların artması bizi qardaş dövlətlər olaraq daha sıx əməkdaşlığa məcbur edir. Bu gün əsasını qoyduğumuz üçtərəfli format qardaşlıq əlaqələrimizin möhkəmlənməsinə töhfə verəcək. Parlamentlər arasında sıx əməkdaşlıq xalqlarımızın daha da yaxınlaşmasına zəmin yaradacaq, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı maraqlarımızı müdafiə edəcəyik”.

 

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop isə deyib ki, “Bir millət, iki dövlət” şüarı ilə möhkəmlənən Türkiyə-Azərbaycan qardaşlığı hər zaman var olacaq:

 

"Azərbaycan, Pakistan, Türkiyə parlament rəhbərlərinin ilk iclası Bakıda keçirildi. Bu barədə qərar İslamabadda qəbul olunub. Əvvəllər xarici işlər nazirləri səviyyəsində üçtərəfli platforma var idi. İndi bu platforma parlamentlər səviyyəsində yaradılır. Gələcəkdə isə dövlət rəhbərləri səviyyəsində üç ölkə arasında əlaqələrin daha da möhkəmləndirilməsinə xidmət edəcək beynəlxalq platforma, mexanizm yaranacaq. Ümid edirik ki, bu gün bu istiqamətdə önəmli addım atılacaq. Türkiyə, Pakistan, Azərbaycan arasında xüsusi birlik, dostluq, qardaşlıq mövcuddur. İkinci Qarabağ müharibəsində Türkiyə təmənnasız olaraq Azərbaycanın yanında yer aldı, öz siyasi və mənəvi dəstəyini verdi. Pakistan da Azərbaycana açıq dəstəyini ifadə edən ölkədir. Bu baxımdan dövlətlərimizin xüsusi bir birliyi, dostluğu var. Biz bunun platforma halına gəlməsini istəyirik".

 

TBMM sədri vurğulayıb ki, üçtərəfli formatda görüşün keçirilməsi çox sevindiricidir:

 

"İnanıram ki, belə görüşlərin keçirilməsi üç qardaş ölkə arasında münasibətləri daha irəli aparacaq.  “Bakı bəyannaməsi” bölgəmizin təhlükəsizliyi və əmin-amanlığının təmin edilməsinə öz töhfəsini verəcək. Üçtərəfli münasibətləri inkişaf etdirmək baxımından bu bəyanat mühüm rol oynayır. Azərbaycan, Türkiyə və Pakistan arasındakı münasibətlər dostluq və qardaşlıq əsasında formalaşıb. Bu görüş üç ölkə arasında mövcud olan birliyi nümayiş etdirir. Həm Türkiyə, həm də Pakistan Vətən müharibəsinin ilk anlarından Azərbaycana dəstək oldu”.

 

Pakistan Milli Assambleyanın sədri Əsəd Qeysər çıxışında vurğulayıb:

 

"Azərbaycan xalqının qələbəsi Pakistanda da qeyd edilib. Bakıda spikerlərlə görüşdə iştirak etməkdən məmnunluq duyuram. 44 günlük Vətən müharibəsində qazandığı qələbəyə görə Azərbaycan xalqını təbrik edirəm. Bizə xoşdur ki, Pakistan bayrağı Azərbaycan və Türkiyə bayraqları arasında dalğalanır.

 

Parlament sədrlərinin üçtərəfli görüş formatı böyük bir fürsətdir. Parlamentlərimiz qanunvericiliyi nəzərdən keçirərək ticarət üçün əlverişli şərait yaratmalıdır. Azərbaycan və Türkiyə mədəniyyət mərkəzlərinin Pakistanda yaradılmasını təklif edirəm. Eyni zamanda birgə sənədli filmlər çəkməliyik. Biz tələbə mübadiləsi həyata keçirməliyik”. 

 

Görüşdən sonra spikerlər “Bakı bəyannaməsi”ni imzalayıblar.

 

Bəyannamə Azərbaycan, Türkiyə və Pakistan parlamentləri arasında əməkdaşlığın genişləndirilməsini, hər üç ölkənin siyasi münasibətlərinin daha da gücləndirilməsini və digər sahələri əhatə edir.

 

Sonda xatirə fotosu çəkilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qələbə tariximizin şəhidləri və şahidləri 24 Sentyabr 2021, 09:49 Türk Dünyasının alimləri UNEC-də 24 Sentyabr 2021, 09:45 Saxta COVID pasportu alanlar necə cəzalandırılmalıdır... 24 Sentyabr 2021, 09:40 Daşkəsəndə itkin düşən şəxslərin axtarışlarına MN əməkdaşları da cəlb olundu 24 Sentyabr 2021, 09:34 Təhsil naziri bu rayonların sakinləri üçün videoqəbul keçirəcək 24 Sentyabr 2021, 09:28 Deputat seçiciləri ilə görüşüb - FOTOLAR 24 Sentyabr 2021, 09:22 Bakıda mağaza YANDI 24 Sentyabr 2021, 09:16 Azərbaycanlı rejissorun filmi daha bir beynəlxalq festivalda yarışır 24 Sentyabr 2021, 09:10 Bakıda yenə tıxac var - SİYAHI 24 Sentyabr 2021, 09:05 Milli Qəhrəmanımızın şəhadət günüdür 24 Sentyabr 2021, 09:00 Sabah gücləndirilmiş dezinfeksiya işləri aparılacaq 24 Sentyabr 2021, 08:55 Xarici valyutaların manata qarşı məzənnələri 24 Sentyabr 2021, 08:50 Elbrus dağında 5 alpinist həlak oldu   24 Sentyabr 2021, 08:40 Azərbaycanda ən çox sürülən avtomobil markaları: “Mercedes”, “Jiquli”… - Maraqlı SİYAHI 24 Sentyabr 2021, 08:35 Prezident: “İstənilən müsbət siqnala cavab verməyə hazır idik”   24 Sentyabr 2021, 08:33 Nyu-Yorkda məcburi köçkünlərin qayıtmasından danışıldı 24 Sentyabr 2021, 08:30 “Təklifimizlə bağlı Ermənistandan müsbət reaksiya görməmişik”   24 Sentyabr 2021, 08:27 “Ermənistan sərhədlərini qorumaq iqtidarında deyil” - Prezident 24 Sentyabr 2021, 08:24 İlham Əliyev BMT-nin Yüksək Səviyyəli Panelinin yaradılmasını təklif etdi 24 Sentyabr 2021, 08:23 İlham Əliyev: “Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur”   24 Sentyabr 2021, 08:20 Prezidentdən beynəlxalq şirkətlərə çağırış 24 Sentyabr 2021, 08:18 Azərbaycan regionda daha bir ilkə imza atdı 24 Sentyabr 2021, 08:17 “Azərbaycanın doqquz şəhəri yer üzündən silinib” - Prezident 24 Sentyabr 2021, 08:12 Ceyhun Bayramov iranlı həmkarı ilə bölgədəki vəziyyəti müzakirə etdi 24 Sentyabr 2021, 07:04 İlham Əliyev Bakı yaxınlığına atılan raketdən danışdı - BMT sessiyasındakı çıxışın TAM MƏTNİ 24 Sentyabr 2021, 06:37 Ağstafada 4 otaqlı ev yandı 24 Sentyabr 2021, 00:52 Daha bir ölkədə vulkan püskürdü 24 Sentyabr 2021, 00:50 ABŞ İsrailin raket sistemləri üçün 1 milyard dollar ayırır 24 Sentyabr 2021, 00:37 Şahmatçılarımız Avropada növbəti dəfə qələbə qazandılar 24 Sentyabr 2021, 00:19 Mediasiya Şurasının geniş iclası keçirildi 24 Sentyabr 2021, 00:08 Qardaşı Mübariz Mənsimovu məhkəməyə verdi 23 Sentyabr 2021, 23:55 Hikmət Hacıyev İran XİN başçısının müavini ilə görüşdü - FOTO 23 Sentyabr 2021, 23:40 Rusiyada hərbi helikopter yoxa çıxıb 23 Sentyabr 2021, 23:34 Azərbaycan Ermənistanı beynəlxalq məhkəməyə verdi 23 Sentyabr 2021, 23:13 NATO-nun iki hərbi gəmisi Qara dənizə girdi 23 Sentyabr 2021, 22:58
SORĞU Hansı vaksinə etibar edirsiniz?