Modern.az

Polis Gədəbəydəki kiçik toya müdaxilə etdi

Polis Gədəbəydəki kiçik toya müdaxilə etdi

Aktual

27 İyul 2021, 20:20

Gədəbəydə toy qaydalarını pozan şəxslər məsuliyyətə cəlb olunub.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan Modern.az-a verilən məlumata görə, Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman, rayonun Novo-Saratovka kəndində karantin qaydalarının pozularaq toy məclisi keçirilməsini aşkar edib.

 

Araşdırmalar zamanı məlum olub ki, kənd sakini 50 nəfərdən artıq qonaq çağırmaqla övladına kiçik toy mərasimi təşkil edib. Polis əməkdaşları iştirakçılarla profilaktiki söhbətlər apararaq karantin qaydalarını xatırladıb və  mərasim təşkilatçıları barədə inzibati protokol tərdib edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi