Modern.az

Tokioda rekord sayda yoluxma

Tokioda rekord sayda yoluxma

Aktual

28 İyul 2021, 00:31

Tokioda son 24 saat ərzində baş verən yoluxma hallarının sayı, heç vaxt qeydə alınmayıb.

 

Modern.az xarici KİV-lərə istinadla xəbər verir ki, bu gün Olimpiya Oyunlarına ev sahibliyi edən Tokioda rəsmi şəxslər, 2848 yeni yoluxanlar da daxil olmaqla, Yaponiya paytaxtında indiyədək qeydə alınmış “SARS-CoV-2”yə ən çox gündəlik yoluxma hallarının qeydə alındığını elan ediblər.

 

Tokio səlahiyyətliləri yeni yoluxma hallarının sayının bu ilin yanvarın 7-də qeydə alınan rekordu (2520 yoluxma) keçdiyini bildiriblər.

 

Tokioda Olimpiya və Paralimpiya Oyunları zamanı avqustun 22-nə qədər davam edəcək dördüncü fövqəladə vəziyyəti yaşayırlar.

 

Ekspertlər virusun “Delta” variantının Olimpiya Oyunları zamanı yoluxma hallarının birdən-birə artmasına səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir