Modern.az

Azərbaycan XİN-dən Ermənistana növbəti ÇAĞIRIŞ

Azərbaycan XİN-dən Ermənistana növbəti ÇAĞIRIŞ

28 İyul 2021, 10:15

“Ermənistan-Azərbaycan dövlət sərhədində növbəti təxribatı törədərək, vəziyyəti gərginləşdirmək məsuliyyəti tam olaraq Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir”.

 

Bu barədə Modern.az-a Xarici İşlər Nazirliyindən (XİN) növbəti erməni təxribatları ilə bağlı verilən açıqlamada bildirilib.

 

Azərbaycan XİN Ermənistanı bölgədə yaranmış yeni reallıqları qəbul etməyə, hərbi təxribatlara son verməyə və iki dövlət sərhədinin delimitasiyası üzrə danışıqlara başlamağa çağırıb:

 

“Azərbaycan beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü qorumaq hüququnu özündə saxlayır və ərazi bütövlüyümüzə qarşı atılacaq hər hansı addımlar qətiyyətlə cavablandırılacaq”.

 

Qeyd edək ki, 28 iyul 2021-ci il tarixində Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini intensiv atəşə tutub. Nəticədə iki hərbi qulluqçumuz yaralanıb.

 

Aysel Məhərrəm

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir