Arxiv
28 İyul 2021, 12:38 | AKTUAL
Qarabağdakı ermənilərə xüsusi status verilməməsinin 10 SƏBƏBİ

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev və şöbə müdiri Cavid Vəliyevin ABŞ-ın nüfuzlu “National Interest” saytında “Azərbaycanın Qarabağda yaşayan ermənilərə xüsusi status verməməsinin 10 səbəbi” başlıqlı məqaləsi dərc olunub.

 

Modern.az xəbər verir ki, məqalədə ilkin səbəb kimi göstərilir ki, əslində 1988-ci ildə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində ermənilər tərəfindən başladılan separatçı hərəkətin məqsədi əslində “miatsum”, yəni Ermənistanla birləşmək idi. Bu hərəkət Ermənistan tərəfindən dəstəklənən irredentist bir siyasət idi və xalqların öz müqəddəratını təyin haqqını nəzərdə tutmurdu. Müəlliflər digər səbəb kimi qeyd edirlər ki, 1923-cü ildə Sovet hakimiyyəti tərəfindən muxtariyyət hüququ yalnız ermənilərə deyil, regionda yaşayan bütün xalqlara verilmişdi: “Lakin 1988-ci il fevralın 20-də keçmiş DQMV Milli Şurasında azərbaycanlıların iştirak etmədiyi bir iclasda ermənilər regiona verilən statusu sui-istifadə edərək Azərbaycan və Sovet İttifaqı Konstitusiyasına zidd olaraq ayrılma qərarı aldılar”.

 

Üçüncü səbəb kimi bildirilir ki, Bakı Qarabağda yaşayan ermənilərin bu tələblərinə 1991-ci ilə qədər səbr göstərərək məsələni həll etməyə çalışıb, lakin Ermənistan SSR Parlamenti 1989-cu il dekabrın 1-də  DQMV-ni özünə birləşdirmək üçün qeyri-qanuni qərar qəbul edib: “Nəticədə davam edən müzakirələrin nəticəsizliyi ermənilərin regionda yaşayan mülkü əhaliyə hücumu ilə davam etdi. Azərbaycan Parlamenti 1991-ci il noyabrın 26-da DQMV-ni ləğv etdi. Qısacası, hazırda Azərbaycan qanunlarına görə belə bir muxtar region yoxdur”.

 

Dördüncü səbəb olaraq qeyd edilir ki, ermənilərin iddialarının əksinə olaraq Sovet İttifaqı konstitusiyasına görə, muxtar regionların öz müqəddəratını təyin hüququ yox idi və  bu hüquq sadəcə 15 respublikaya verilmişdi.

 

“Beşinci, beynəlxalq hüquq Azərbaycanda yaşayan ermənilərə öz müqəddəratını təyin hüququ vermir. Çünki Azərbaycanda yaşayan ermənilərin “xalq” statusu yoxdur. Bununla birlikdə istər beynəlxalq təşkilatların aldığı qərarlar, istərsə də Avropa İnsan Hüquqları Məhkəməsinin “Çıraqov və digərləri” haqqında qərarı Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal olunduğunu sübut edir.

 

Altıncısı, Sovet İttifaqı dövründə alınan qərarı sui-istifadə edən ermənilər regionda iki müharibənin yaşanmağına və minlərcə insanın ölümünə səbəb oldu. Onlara veriləcək hər hansı bir status regionda yeni müharibələrin yaşanmağına yol aça bilər.

 

Yeddincisi, Birinci Qarabağ Müharibəsindən sonra 1994-cü ildə tərəflər arasında atəşkəs sənədi imzalandı. Ondan sonra davam edən diplomatik müzakirələrdə Azərbaycan status təklifləri oldu, lakin Ermənistan tərəfi bunları qəbul etmədi. Nəticədə 2020-ci il müharibəsi yaşandı və geosiyasi reallıq dəyişdi. Artıq yeni bir statusdan söz gedə bilməz”,- deyə məqalədə qeyd olunur.

 

Müəlliflər səkkizinci səbəb olaraq yazırlar ki, Prezident İlham Əliyevin dediyi kimi, son rəqəmlərə görə, regionda 20-25 min arası erməni yaşayır. Bu Azərbaycan əhalisinin 0.2 faizi deməkdir: “Azərbaycan çox etnikli bir dövlətdir və Azərbaycanda sayıları ermənilərdən daha çox olan etnik xalqlar yaşayır. Digər etnik xalqlar öz mədəni və dini hüquqlarını azad bir şəkildə istifadə edə bilirlər. Bu səbəbdən ermənilər də dini və mədəni hüquqlarından digər xalqlar kimi istifadə edə bilərlər”.

 

Doqquzuncu səbəb kimi bildirilir ki, ermənilər regionda yalnız Azərbaycanda yaşamırla və ətraf ölkədə yaşayan ermənilərə xüsusi status verilməyib. Eyni ilə ətraf ölkələrdə yaşayan azərbaycanlılara da xüsusi status verilməyib.

 

Sonuncu səbəbdə qeyd olunur ki, Azərbaycanda yaşayan ermənilər üçün xüsusi status tələb edənlərin məqsədi məsələni həll etmək deyil, onların məqsədi problemi dərinləşdirmək və gələcəkdə müdaxilə edə biləcəkləri sahə yaratmaqdır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qırıcı təyyarələrimiz Türkiyədəki festivalda uçuşlar keçirəcək 18 Sentyabr 2021, 18:00 Kənd təsərrüfatı istehsalı 5% artıb  18 Sentyabr 2021, 17:53 Azərbaycan limanlarında aşırılan yüklərin həcmi 6 milyon tona çatıb  18 Sentyabr 2021, 17:36 İmişlidə qətl hadisəsi törədilib   18 Sentyabr 2021, 17:03 Rusiya kosmosda film çəkəcək  18 Sentyabr 2021, 16:42 “TurAz Şahini - 2021" təlimlərində iştirak edən hərbçilərimizin bir qrupu Vətənə qayıdıb 18 Sentyabr 2021, 16:20 Mehriban Əliyevadan Milli Musiqi günü ilə bağlı PAYLAŞIM 18 Sentyabr 2021, 16:03 “Milli Qəhrəman Polad Həşimov” kitabı İstanbuldakı kitabxanaya təqdim edilib 18 Sentyabr 2021, 16:01 Mədəniyyət xadimləri Cıdır düzündə olub 18 Sentyabr 2021, 16:00 Revaksinasiya koronavirusdan müdafiəni 20 dəfə artırır 18 Sentyabr 2021, 15:54 Faktaraşdırıcı missiya Qarabağla bağlı bəyanat qəbul etdi 18 Sentyabr 2021, 15:47 Son sutkada nə qədər peyvənd vurulub? 18 Sentyabr 2021, 15:40 Yoluxma artdı - 29 nəfər öldü 18 Sentyabr 2021, 15:32 Gorus-Qafan yolunda “bayraq təxribatı”: “Polisimizin atdığı addım düşmənə tam cavab idi” 18 Sentyabr 2021, 15:25 Qaxda ikimərtəbəli, Zaqatalada isə 6 otaqlı ev yandı 18 Sentyabr 2021, 15:18 “Şuşa yaşayış bir çox şəhərlərdən fərqli olacaq” - Xüsusi nümayəndə 18 Sentyabr 2021, 15:11 Minaatanların intensiv döyüş hazırlığı davam edir - VİDEO 18 Sentyabr 2021, 15:04 Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir - Akar 18 Sentyabr 2021, 14:57 Üzeyir Hacıbəyovun adı çəkiləndə Qarabağ yada düşür - Deputat 18 Sentyabr 2021, 14:50 “Azərmaş” yeni avtomobil və avtobusların istehsalına başladı 18 Sentyabr 2021, 14:44 Şanxay Əməkdaşlıq Təşkilatına sədrlik Özbəkistana keçdi 18 Sentyabr 2021, 14:37 “Üzeyirin ruhu qarşısında imtahan verdim” - Mənsur İbrahimov 18 Sentyabr 2021, 14:30 Messinin PSJ-dən qazanacağı gəlir açıqlandı 18 Sentyabr 2021, 14:23 İranda ötən sutkada 355 nəfər koronavirusdan ölüb 18 Sentyabr 2021, 14:16 Rusiyanın iki hərbi gəmisi Bakıya gəlib - FOTO 18 Sentyabr 2021, 14:10 Kursantlarla görüş keçirilib - FOTO 18 Sentyabr 2021, 14:03 Şuşada Musiqi Festivalının konserti keçirilir - FOTOLAR 18 Sentyabr 2021, 13:56 “Şuşada istilik sistemləri bərpa olunur” - Aydın Kərimov 18 Sentyabr 2021, 13:50 Ruhumuzu və mədəniyyətimizi Şuşaya qaytarmışıq - Nazir 18 Sentyabr 2021, 13:44 Heroin qəbul edib taksi sürdü - FOTO 18 Sentyabr 2021, 13:37 Narkotacir qardaşlar saxlanıldılar - FOTOLAR 18 Sentyabr 2021, 13:30 Səfər Mehdiyev Ümumdünya Gömrük Təşkilatının Baş katibi ilə görüşüb 18 Sentyabr 2021, 13:23 Şuşada ilk dəfə Milli Musiqi Günü keçirilir 18 Sentyabr 2021, 13:17 Nazirlik köməksiz qalan vətəndaşları xilas etdi - FOTOLAR 18 Sentyabr 2021, 13:10 Türkiyəli gənc Fransada amansızlıqla qətlə yetirilib 18 Sentyabr 2021, 13:02
SORĞU Hansı vaksinə etibar edirsiniz?