Arxiv
28 İyul 2021, 14:20 | AKTUAL
3 saylı "ASAN kommunal" mərkəzinin açılışı oldu

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan 3 saylı "ASAN kommunal" mərkəzinin açılış mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Azəriqaz İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev, "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini və sədr vəzifəsini icra edən Köçərli Həsənov və digər qonaqlar iştirak ediblər.

 

Fiziki və hüquqi şəxslərə kommunal və digər müştəri xidmətlərinin vahid məkanda “ASAN xidmət” mərkəzlərinin fəaliyyət prinsipləri və standartları əsasında göstərilməsini təmin edən “ASAN Kommunal” mərkəzləri Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 4 may tarixli 890 nömrəli Fərmanı ilə yaradılıb.

 

3 saylı “ASAN Kommunal” mərkəzi Bakı şəhərində sayca 3-cü mərkəzdir. “ASAN kommunal” mərkəzi olmayan bölgələrdə isə kommunal xidmət sahələri bütün regional “ASAN xidmət” mərkəzlərinin inzibati binalarında təşkil edilib.

 

Mərkəz Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov 38 ünvanında inşa edilmiş çoxmərtəbəli binanın birinci və ikinci mərtəbələrində fəaliyyət göstərəcək. Mərkəz zirzəmi ilə birlikdə 2115 m2 ərazini əhatə edir.

 

3 saylı “ASAN Kommunal” mərkəzi üçün ayrılmış inzibati ərazidə təmir və quraşdırılma işləri 2018-ci ilin avqust ayında başlanmış, 2021-ci ilin iyul ayında başa çatıb.

 

Mərkəzdə videomüşahidə, elektron növbə sistemləri, inzibati binada 1 lift, yanğınsöndürmə sistemi, mərkəzləşdirilmiş havalandırma və istilik sistemi, çiller, generator, UPS quraşdırılıb.

 

3 saylı “ASAN Kommunal” mərkəzində “Azəriqaz” İB, “Azərişıq” ASC və “Azərsu” ASC tərəfindən 52 , ümumilikdə isə 110 növ xidmət həyata keçiriləcək.

 

Əsasən Nizami (201.800), Xətai (289.900) və Sabunçu (247,200) rayonlarında qeydiyyatda olan ümumilikdə 738,900 vətəndaşın əhatəsində olan Mərkəz ərazi məhdudiyyəti olmadan fəaliyyət göstərəcəkdir.

 

Mərkəzdə əməkdaşların sayı 90, könüllülərin sayı 15 nəfər nəzərdə tutulur.

 

Vətəndaşların istirahəti və rahatlığı üçün kafe və uşaq oyun guşəsi nəzərdə tutulub. Konsept təhlükəsizlik tədbirlərini nəzərdə tutan sistemlərin quraşdırılmasını təmin edir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Təhsil müəssisələrində Anım Günü qeyd olunacaq 24 Sentyabr 2021, 10:22 Salyanda narkotik alverçiləri ələ keçdi 24 Sentyabr 2021, 10:16 Rusiya və Fransa XİN başçıları Qarabağı müzakirə etdi 24 Sentyabr 2021, 10:10 Bu il minlərlə tələbənin təhsil xərcini dövlət ödəyəcək 24 Sentyabr 2021, 10:05 Sabiq daxili işlər naziri general rütbəsindən məhrum edildi 24 Sentyabr 2021, 10:00 Goranboyda ali məktəblərə yüksək balla qəbul olan məzunlarla görüş keçirilib 24 Sentyabr 2021, 09:55 Qələbə tariximizin şəhidləri və şahidləri 24 Sentyabr 2021, 09:49 Türk Dünyasının alimləri UNEC-də 24 Sentyabr 2021, 09:45 Saxta COVID pasportu alanlar necə cəzalandırılmalıdır... 24 Sentyabr 2021, 09:40 İtkin düşənlərin axtarışına MN əməkdaşları da cəlb olundu 24 Sentyabr 2021, 09:34 Təhsil naziri bu rayonların sakinləri üçün videoqəbul keçirəcək 24 Sentyabr 2021, 09:28 Deputat seçiciləri ilə görüşüb - FOTOLAR 24 Sentyabr 2021, 09:22 Bakıda mağaza YANDI 24 Sentyabr 2021, 09:16 Azərbaycanlı rejissorun filmi daha bir beynəlxalq festivalda yarışır 24 Sentyabr 2021, 09:10 Bakıda yenə tıxac var - SİYAHI 24 Sentyabr 2021, 09:05 Milli Qəhrəmanımızın şəhadət günüdür 24 Sentyabr 2021, 09:00 Sabah gücləndirilmiş dezinfeksiya işləri aparılacaq 24 Sentyabr 2021, 08:55 Xarici valyutaların manata qarşı məzənnələri 24 Sentyabr 2021, 08:50 Elbrus dağında 5 alpinist həlak oldu   24 Sentyabr 2021, 08:40 Azərbaycanda ən çox sürülən avtomobil markaları: “Mercedes”, “Jiquli”… - Maraqlı SİYAHI 24 Sentyabr 2021, 08:35 Prezident: “İstənilən müsbət siqnala cavab verməyə hazır idik”   24 Sentyabr 2021, 08:33 Nyu-Yorkda məcburi köçkünlərin qayıtmasından danışıldı 24 Sentyabr 2021, 08:30 “Təklifimizlə bağlı Ermənistandan müsbət reaksiya görməmişik”   24 Sentyabr 2021, 08:27 “Ermənistan sərhədlərini qorumaq iqtidarında deyil” - Prezident 24 Sentyabr 2021, 08:24 İlham Əliyev BMT-nin Yüksək Səviyyəli Panelinin yaradılmasını təklif etdi 24 Sentyabr 2021, 08:23 İlham Əliyev: “Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur”   24 Sentyabr 2021, 08:20 Prezidentdən beynəlxalq şirkətlərə çağırış 24 Sentyabr 2021, 08:18 Azərbaycan regionda daha bir ilkə imza atdı 24 Sentyabr 2021, 08:17 “Azərbaycanın doqquz şəhəri yer üzündən silinib” - Prezident 24 Sentyabr 2021, 08:12 Ceyhun Bayramov iranlı həmkarı ilə bölgədəki vəziyyəti müzakirə etdi 24 Sentyabr 2021, 07:04 İlham Əliyev Bakı yaxınlığına atılan raketdən danışdı - BMT sessiyasındakı çıxışın TAM MƏTNİ 24 Sentyabr 2021, 06:37 Ağstafada 4 otaqlı ev yandı 24 Sentyabr 2021, 00:52 Daha bir ölkədə vulkan püskürdü 24 Sentyabr 2021, 00:50 ABŞ İsrailin raket sistemləri üçün 1 milyard dollar ayırır 24 Sentyabr 2021, 00:37 Şahmatçılarımız Avropada növbəti dəfə qələbə qazandılar 24 Sentyabr 2021, 00:19
SORĞU Hansı vaksinə etibar edirsiniz?