Modern.az

Erməni hərbçi özünü güllələdi

Erməni hərbçi özünü güllələdi

Dünya

28 İyul 2021, 18:27

Ermənistan ordusunda hökm sürən xaos, nizamnamədən kənar münasibətlər, özbaşınalıq, ruh düşkünlüyü səbəbindən son bir neçə gün ərzində hərbi qulluqçular arasında bir neçə özünəqəsd faktı qeydə alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə sosial şəbəkələrin erməni seqmentində məlumat paylaşılıb.

 

Bildirilib ki, hərbi hissələrin birində postda xidmət edən hərbi qulluqçu Karen Ağacanyanın ona təhkim olunmuş silahdan atəş açaraq özünə qəsd edib.

 

Ağır vəziyyətdə hərbi hospitala çatdırılan K.Ağacanyanın özünə qəsd etməsinin səbəbləri araşdırılır. Ermənistan Müdafiə nazirliyi faktla bağlı hər hansı rəsmi açıqlama verməyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi