Arxiv
30 İyul 2021, 15:14 | AKTUAL
ADAU və Oklahoma Dövlət Universiteti arasında memorandumu imzalanıb - FOTOLAR

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə Oklahoma Dövlət Universiteti arasında magistratura səviyyəsində İkili Diplom Proqramı üzrə Əməkdaşlıq Memorandumu imzalanıb. 

 

Modern.az xəbər verir ki, imzalanma mərasimindən əvvəl Gəncədə səfərdə olan Oklahoma ştatının qubernatoru Con Kevin Stittin rəhbərlik etdiyi nümayəndə heyəti ADAU-nun Tələbə Evi, yeni tədris korpusu, laboratoriyaları ilə tanış olublar. Qonaqlara universitetin maddi-texniki bazası, keyfiyyətli aqrar təhsil almaq üçün yaradılmış imkanlar, stimullaşdırma proqramları barədə geniş məlumat verilib. Daha sonra universitetin Tələbə Parkında Azərbaycan Dövlət Aqrar Universiteti ilə Oklahoma Dövlət Universiteti arasında magistratura səviyyəsində İkili Diplom Proqramı üzrə Əməkdaşlıq Memorandumunun imzalanmasına həsr olunmuş tədbir keçirilib. Tədbirdə çıxış edən ADAU rektoru, professor İbrahim Cəfərov qonaqları salamlayaraq bildirib ki, rəhbərlik etdiyi ali təhsil müəssisəsi uzun müdddətir ki, Oklahoma Dövlət Universiteti ilə sıx əməkdaşlıq edir. İki universitet arasında 2019-cu ildə anlaşma memorandumu, 2020-ci ildə isə strateji tərəfdaşlıq haqqında saziş imzalanıb. Bu gün imzalanan memorandum ali təhsil müəssisələrinin magistlərinə birinci il ADAU-da, ikinci ili isə Oklahoma Dövlət Universitetində təhsil almaqla hər iki universitetin diplomunu almaq imkanı qazandıracaq. 

 

Kənd təsərrüfatı naziri İnam Kərimov Azərbaycan Respublikası ilə ABŞ-ın Oklahoma ştatı arasında 20 ildən artıq davam edən əməkdaşlıq ənənəsinin olduğunu xatırladıb: “Sevindirici haldır ki, 2019-cu ildən bu əməkdaşlıq kənd təsərrüfatı sahəsini də əhatə etməyə başlayıb. Bu gün biz Azərbaycanla Oklahoma ştatı arasında əməkdaşlığı gücləndirəcək vacib bir sənədin imzalanması mərasimində iştirak edirik. İmzalanacaq memorandum kənd təsərrüfatının ən vacib sahələrindən biri olan aqrar təhsil sahəsinin inkişafına müsbət təsir göstərəcək.  Qonaqlarımız bu gün universitetimizlə tanış oldular, Azərbaycanda aqrar təhsil sahəsinin inkişafı üçün nə qədər böyük maddi-texniki və elmi potensialın olduğunu gördülər. Biz səbirsizliklə Azərbaycan Dövlət Aqrar Universiteti tələbələrinin Oklahomaya gedərək öz təhsillərini davam etdirməsini, eyni zamanda Oklahoma Dövlət Universiteti tələbələrinin Gəncəyə gələrək burada təhsil almasını gözləyirik”. 

 

Oklahoma ştatının qubernatoru Con Kevin Stitt imzalanma mərasimində çıxış edərək Azərbaycan Dövlət Aqrar Universiteti ilə əməkdaşlığın genişlənməsindən məmnunluğunu bildirib: “Azərbaycana səfərimdə mənimlə birgə böyük heyət gəlib. Bu, bizim Azərbaycanla əməkdaşlığa nə qədər böyük önəm verdiyimizi təsdiqləyir. Səfər çox məhsuldar oldu və bu səfər çərçivəsində Azərbaycan Dövlət Aqrar Universiteti ilə Oklahoma Dövlət Universiteti arasında magistratura səviyyəsində İkili Diplom Proqramı üzrə Əməkdaşlıq Memorandumunun imzalanması məraisimində iştirakdan məmnunluq duyuram. Hesab edirəm ki, bu cür əməkdaşlıqlar münasibətlərimizi daha da dərinləşdirəcək, həm Azərbaycan Respublikası, həm də Oklahoma ştatı üçün böyük töhfələr verəcək”.

 

Tədbirdə çıxış edən digər rəsmi şəxslər iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın genişləndirilməsini vacib addım kimi dəyərləndirib, bu işdə əməyi olan beynəlxalq təşkilatlara və dövlət qurumlarına öz təşəkkürlərini bildiriblər.  Daha sonra Azərbaycan Dövlət Aqrar Universteti ilə Oklahoma Dövlət Universiteti arasında magistratura səviyyəsində İkili Diplom Proqramı üzrə Əməkdaşlıq Memorandumunun imzalanması mərasimi keçirilib. İmzalanma mərasimindən sonra xatirə şəkli çəkdirilib, Oklahoma qubernatoru Con Kevin Stitt və nümayəndə heyətinin üzvləri tələbələrin suallarını cavablandırıblar. 

 

Qeyd edək ki, Oklahoma ştatının nümayəndə heyəti Gəncəyə səfəri çərçivəsində Ermənistanın günahsız insanlara qarşı həyata keçirdiyi məsuliyyətsiz raket hücumları nəticəsində dağılmış evlərə baş çəkib, həlak olan sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq gül düzüblər. Heyət üzvləri həmçinin Göygöl rayonunda Respublika Süni Mayalanma Mərkəzinin fəaliyyəti ilə tanış olublar. Qonaqlara Mərkəzin fəaliyyəti, ölkədə heyvandarlığın inkişafı üçün görülən tədbirlər, bu sahəyə dövlət dəstəyi barədə geniş məlumat verilib. 

 

Nümayəndə heyətinin səfəri sabah başa çatır. 
 

ADAU və Oklahoma Dövlət Universiteti arasında memorandumu imzalanıb- FOTOLAR ADAU və Oklahoma Dövlət Universiteti arasında memorandumu imzalanıb- FOTOLAR ADAU və Oklahoma Dövlət Universiteti arasında memorandumu imzalanıb- FOTOLAR ADAU və Oklahoma Dövlət Universiteti arasında memorandumu imzalanıb- FOTOLAR
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Braziliya prezidentinin oğlu da koronavirusa yoluxdu 25 Sentyabr 2021, 00:50 Argentinada təyyarə qəzası: Ölənlər var 25 Sentyabr 2021, 00:46 Ceyhun Bayramov BMT-də beş həmkarı ilə görüşdü - FOTOLAR   25 Sentyabr 2021, 00:22 ABŞ "Taliban"ın edam cəzasını bərpa etmək planını pislədi 25 Sentyabr 2021, 00:16 Sentyabrın 27-dək ictimai nəqliyyat işləməyəcək 25 Sentyabr 2021, 00:01 İraqda Türkiyə hərbçisi həlak oldu 24 Sentyabr 2021, 23:46 Şahmatçılarımız Avropa kubokunda bürünc medal qazandılar 24 Sentyabr 2021, 23:22 Paşinyan: "Ermənistan davamlı sülh üçün dialoqa hazırdır" 24 Sentyabr 2021, 23:11 İsmayıllıda maşın dəmir maneəyə çırpıldı - Ölən var 24 Sentyabr 2021, 23:04 Hikmət Hacıyev İran xarici işlər nazirinin müavini ilə görüşdü 24 Sentyabr 2021, 22:52 Qarabağ həqiqətləri Latviya mətbuatında 24 Sentyabr 2021, 22:50 Türkiyə Suriyada daha 3 terrorçunu zərərsizləşdirdi 24 Sentyabr 2021, 22:35 "Brent" markalı neftin qiyməti 78 dolları keçdi 24 Sentyabr 2021, 22:13 Türkiyədə daha 221 nəfər virusun qurbanı oldu 24 Sentyabr 2021, 22:07 FHN əməkdaşları NATO təlimində iştirak etdilər 24 Sentyabr 2021, 21:53 ABŞ “Taliban”la maliyyə əməliyyatlarına icazə verdi 24 Sentyabr 2021, 21:42 Ermənistan ordusunda cinayətlərin sayı kəskin artıb 24 Sentyabr 2021, 21:29 Reza Deqati vaxtilə Şuşada çəkdiyi fotonu paylaşdı 24 Sentyabr 2021, 21:10 Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi mövcud deyil 24 Sentyabr 2021, 20:49 Azərbaycan ilk dəfə badminton üzrə dünya çempionatına qatılacaq 24 Sentyabr 2021, 20:38 Ceyhun Bayramov Cozef Borel ilə görüşdü 24 Sentyabr 2021, 20:25 Gələn ilin büdcə layihələri təsdiqləndi 24 Sentyabr 2021, 20:21 10 ildə Suriyada 350 mindən çox insan ölüb 24 Sentyabr 2021, 20:18 Tenderlərdə müqavilələrin bir mənbə ilə bağlanması qəbuledilməzdir 24 Sentyabr 2021, 20:02 Müasir hərbi texnikanın alınması əsas istiqamətlərdən biri olacaq 24 Sentyabr 2021, 19:50 Əli Əsədov: "Azad edilmiş ərazilərin bərpası ən əsas prioritetlərindədir" 24 Sentyabr 2021, 19:38 Gələn ilin dövlət büdcəsi müzakirə edildi 24 Sentyabr 2021, 19:33 Səfir İran Ordusunun sərhəddəki təlimlərindən DANIŞDI 24 Sentyabr 2021, 19:20 İran səfiri : “Özəl şirkətlər bu addımı atıblar” 24 Sentyabr 2021, 19:14 "8 ay ərzində cinayət hadisələrinin 85,3 %-nin üstü açılıb" - Nazir 24 Sentyabr 2021, 19:10 BMT-də Azərbaycanın təşəbbüsü ilə birgə bəyanat səsləndirildi 24 Sentyabr 2021, 19:00 Ağcabədidə minik avtomobili yandı 24 Sentyabr 2021, 18:56 Daşkəsəndə itkin düşən şəxslərin meyitləri TAPILDI 24 Sentyabr 2021, 18:52 Azercell Mobil Müştəri Xidmətləri Şuşada - VİDEO 24 Sentyabr 2021, 18:46 Şeyx İraqın neft naziri ilə görüşüb - FOTO 24 Sentyabr 2021, 18:40
SORĞU Hansı vaksinə etibar edirsiniz?