Arxiv
31 İyul 2021, 11:44 | PARLAMENT
Milli Məclisdən Türkiyədəki yanğınla bağlı BƏYANAT

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi Türkiyədə baş vermiş yanğınlarla bağlı bəyanat yayıb.

 

Modern.az xəbər verir ki, bəyanatda deyilir:

 

- Təəssüf  hissi ilə bildiririk ki, bir neçə gündür Türkiyənin cənub-qərbində başlayan meşə yanğınları bütün dünyanın diqqət mərkəzindədir. Qardaş ölkədə baş verən yanğınlar bizi də dərindən sarsıtdı. Baş vermiş bu meşə yanğınları nəticəsində ekologiyaya, ətraf mühitə, yaşayış məntəqələrinə və infrastruktura ciddi ziyan dəymiş, eyni zamanda insan tələfatına da səbəb olmuşdur. Bu acı faciə münasibəti ilə,Türkiyə dövlətinə və can qardaşlarımıza dərin hüzünlə baş sağlığı veririk.

 

Xüsusilə qeyd etməliyik ki, güclü meşə yanğınları nəticəsində bölgədə ciddi ekoloji fəsadlar yaranıb, təbii bitki örtüyü, min illərlə əmələ gələn torpağın üst qatı tamamilə yanmış, bitki və heyvan növləri məhv olmuş, ekosistemin tarazlığı pozulmuş, ətraf mühit komponentlərinə ciddi ziyan dəymişdir. Bütün bunların nəticəsində regionun ekoloji durumuna böyük zərər dəymişdir.

 

Türkiyə Respublikasının meşə yanğınlarının baş verdiyi ərazilərin təbiətinin, endemik bitki və heyvan növlərinin, təbii ehtiyatların yanaraq məhv olması bu gün bir daha bütün dünyanın, beynəlxalq ekoloji təşkilatların diqqətində olmalıdır. Çünki bu gün qlobal iqlim dəyişikliyi bəşəriyyətin əsas çağırışlarından biridir. Belə bir şəraitdə, ekologiyanı və ətraf mühiti qorumaq, yaşıllıq və meşə ərazilərini əhəmiyyətli dərəcədə artırmaq, flora və faunamızı yaşatmaq dünya ictimaiyyətinin qarşısında dayanan əsas vəzifələrdəndir.

 
Ətraf mühit sahəsində mövcud olan “Bioloji Müxtəliflik”, “Ramsar”, “Bern” beynəlxalq konvensiyaları və digər beynəlxalq sənədlər ətraf mühitin qorunmasını beynəlxalq birliyin əsas vəzifələri kimi müəyyənləşdirir.
Azərbaycan dövləti və xalqı həmişə olduğu kimi bu çətin günlərdə də Türkiyənin yanındadır, meşə yanğınlarının qarşısının alınmasında əlindən gələn bütün yardımları edir və edəcəkdir. Bu bizim insanlıq və qardaşlıq borcumuzdur. Eyni zamanda ətraf mühit məsələləri üzrə beynəlxalq təşkilatları və dünya ölkələrini Türkiyə Respublikasında yaranmış vəziyyəti nəzərə alaraq, bu ölkəyə lazımi dəstək verməyə çağırırıq!

  

Türkiyədə zəngin meşə zolaqlarının yanmasının, flora və faunasının məhv olmasının qarşısının alınması bütövlükdə dünyanın ətraf mühitinin qorunmasına böyük töhfə olacaqdır!

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan və Gürcüstan arasında əməkdaşlıq müzakirə olundu 20 Sentyabr 2021, 23:31 Türkiyədə daha 231 nəfər virusun qurbanı oldu 20 Sentyabr 2021, 23:20 Bakıda yaşayış binasında yanğın oldu 20 Sentyabr 2021, 23:05 Ərdoğan Quterreşlə görüşdü 20 Sentyabr 2021, 22:52 ABŞ-da “Türk evi”nin açılışı oldu 20 Sentyabr 2021, 22:41 ABŞ Avstraliya ilə müqavilədən imtina etməyəcək 20 Sentyabr 2021, 22:28 İnternetlə bağlı problemlər müzakirə olundu 20 Sentyabr 2021, 22:09 Daha bir ölkədə peyvəndin 3-cü dozası vurulacaq 20 Sentyabr 2021, 22:07 2 milyonluq oğurluq edən “alpinist”dən XƏBƏR VAR 20 Sentyabr 2021, 21:49 Şəhid anasını aldadan zatıqırıqlar.. 20 Sentyabr 2021, 21:46 Azərbaycanı hədələyən İran mollasına kim cavab verəcək: Allahşükür Paşazadə, yoxsa Hacı Şahin?.. 20 Sentyabr 2021, 21:40 Küveyt mətbuatı Azərbaycan nəqliyyatından yazdı 20 Sentyabr 2021, 21:37 "Azərxalça”nın sabiq sədrinin işi məhkəməyə göndərildi 20 Sentyabr 2021, 21:27 ABŞ-a gedənlərdən bunlar tələb olunacaq 20 Sentyabr 2021, 21:13 “Qarabağ” “Sumqayıt”ı məğlub etdi 20 Sentyabr 2021, 20:58 “ƏDV geri al”dan nə qədər vəsait qaytarılıb? 20 Sentyabr 2021, 20:54 "Texnofest-2022" Azərbaycanda keçiriləcək 20 Sentyabr 2021, 20:42 "Qarabağ"ın müdafiəçisi zədələndi 20 Sentyabr 2021, 20:34 ABŞ-da yoluxma sayı 42 milyonu keçib 20 Sentyabr 2021, 20:20 Heyvandarlıq məhsulları “fermadan süfrəyədək” izlənəcək 20 Sentyabr 2021, 20:02 Avtovağzaldan çıxan avtobusların sayı 2 dəfə artırılır 20 Sentyabr 2021, 19:59 Azərbaycan və Fransa minatəmizləməyə dair sənəd imzalayacaq 20 Sentyabr 2021, 19:45 Neft-qaz sektoruna nə qədər investisiya qoyulub? - RƏSMİ 20 Sentyabr 2021, 19:31 Nazirlik qazinin şikayəti ilə bağlı açıqlama yaydı 20 Sentyabr 2021, 19:28 Şəki Penitensiar Müəssisəsində nöqsanlar aşkarlandı 20 Sentyabr 2021, 19:19 Türkiyə hərbçiləri Naxçıvanda gəldi - VİDEO 20 Sentyabr 2021, 19:13 Şəhid ailəsinə qarşı dələduzluq edənlər saxlanıldı - VİDEO   20 Sentyabr 2021, 19:08 İlham Əliyev Vladimir Putini təbrik edib 20 Sentyabr 2021, 19:05 Dolların sabaha olan məzənnəsi 20 Sentyabr 2021, 18:54 Meşə materiallarını daşıyan şəxslər müəyyən edildi 20 Sentyabr 2021, 18:47 Son sutkada 1025 nəfər peyvənd olunub 20 Sentyabr 2021, 18:34 Koronavirusdan sağalanlar yoluxanları 3 dəfə üstələdi 20 Sentyabr 2021, 18:33 Büdcənin gəlir və xərcləri açıqlandı 20 Sentyabr 2021, 18:26 Əhalinin banklardakı əmanətləri artıb 20 Sentyabr 2021, 18:14 ABB-nin dəstəyi ilə “EY İlin İş Adamı” müsabiqəsi başlandı 20 Sentyabr 2021, 18:05
SORĞU Hansı vaksinə etibar edirsiniz?