Modern.az

İtaliyalı jurnalist Gəncədə gördüklərindən dəhşətə gəldi

İtaliyalı jurnalist Gəncədə gördüklərindən dəhşətə gəldi

Qarabağ

1 Avqust 2021, 12:59

Gəncədə dəhşətli dağıntıların şahidi oldum. Şəhər İkinci Qarabağ müharibəsi zamanı dağıntılara məruz qalıb və bu, məyusedicidir.

 

Modern.az xəbər verir ki, bu fikirləri italiyalı jurnalist Emmanuel Pietrobon İkinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Gəncədə mülki insanlara qarşı həyata keçirdiyi raket hücumlarının səbəb olduğu cinayət səhnələri ilə tanış olarkən deyib.

 

İtaliyalı jurnalist bildirib ki, Gəncə Azərbaycanın böyük şəhərlərindən biridir və müharibə bölgəsindən uzaq məsafədə yerləşir:

 

"Bu hadisə müharibə cinayətidir. Fikrimcə, onlar Azərbaycanı qıcıqlandırmaq üçün bu addımı atıblar. Gəncəyə hücum təkcə Azərbaycana yox, bütün insanlığa qarşı cinayətdir".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir