Modern.az

Türkiyədə yanğınlarla bağlı son vəziyyət

Türkiyədə yanğınlarla bağlı son vəziyyət

Dünya

1 Avqust 2021, 20:47

Türkiyədə meşə yanğınları ilə bağlı son vəziyyət açıqlanıb.

 

Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hazırda ölkənin Antalya vilayətinin Manavqat və Akseki, Muğlanın Marmaris, Köyceğiz və Milas rayonlarında yanğınların söndürülməsi istiqamətində işlər davam aparılır.

 

Manavqatın Sırtköy bölgəsində alovun hündürlüyü 20 metrəyə yüksəlib. Marmarisin Turunç məhəlləsində əhalinin evakuasiyasına başlanılıb. Bundan əlavə, Milasın Gökbel kəndi tamamilə boşaldılıb.

 

Turunç bölgəsində yaşayan vətəndaşların təxliyəsi üçün iki gəmi göndərilib.

 

Türkiyənin kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli bildirib ki, hazırda yanğınlarla mübarizədə 13 təyyarə, 9 pilotsuz hava vasitəsi (İHA), 45 helikopter, bir pilotsuz helikopter, 708 yanğınsöndürən maşın və su tankeri, 4800 canlı qüvvə iştirak edir.

 

Nazir ölkənin müxtəlif bölgələrində 111 yanğının nəzarət altına alındığını qeyd edib. Onun sözlərinə görə, üç vilayətin altı bölgəsində yanğının söndürülməsi istiqamətində işlər aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu