Arxiv
3 Avqust 2021, 13:30 | AKTUAL
Sumqayıtda 5 toy yarımçıq dayandırıldı

Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə tədbirlər davam etdirilir.

 

Modern.az-ın məlumatına görə, keçirilən tədbirlər nəticəsində şəhərin 8-ci mikrorayon ərazisində fəaliyyət göstərən “Dostluq” restoranında toy məclisində karantin rejimi qaydalarına düzgün əməl olunmadığı və iştirakçıların portaldan keçmədiyi məlum olub. Həmin restoranın sahibi Sumqayıt şəhər sakini 1985-ci il təvəllüdlü Ədail Əskərov və qonaqlar inzibati məsuliyyətə cəlb olunub, qanunvericiliyin tələblərinə uyğun cərimələniblər.

 

Şəhərin 10-cu mikrorayonunda yerləşən “Eloğlu” şadlıq sarayının sahibi 1969-cu il təvəllüdlü Sultan Əliyevə dəfələrlə polislər tərəfindən edilən xəbərdarlıqlara məhəl qoymayaraq karantin qaydalarına zidd toy məclisi təşkil etdiyi üçün barəsində Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

 

“Stansiya” Sumqayıt” yaşayış massivində fərdi yaşayış evlərdən birinin həyətində təyin olunmuş qaydaları pozaraq normadan artıq sayda qonağın iştirakı ilə toy məclisi keçirildiyi müəyyən edilib. Belə ki, massiv sakini 1984-ci il təvəllüdlü İlkin Qəhrəmanov yaşadığı evin həyətində təşkil etdiyi toy məclsinin portal icazəsindən keçməməsi aşkar olunaraq məclis dayandırılıb və qonaqlar şənlikdən uzaqlaşdırılıb. Toy sahibi İlkin Qəhrəmanov və məclis iştirakçıları İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimələnərək məsuliyyətə cəlb olunublar.

 

Digər bir qanun pozuntusu isə şəhərin 49-cu məhəlləsində qeydə alınıb. Polis əməkdaşlarının keçirdiyi yoxlama tədbirləri zamanı məhəllə ərazisində 1969-cu il təvəllüdlü Azad Mirzəməmmədovun Operativ Qərargahın müəyyən etdiyi qərarların tələblərini pozaraq toy məclisi təşkil etdiyi müəyyən edilib.

 

Aşkarlanan qayda pozuntusu ilə bağlı ev sahibi və qonaqlarla profilaktiki söhbətlər aparılıb və barələrində qanunamüvafiq tədbirlər görülüb.

 

İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən toy sahibi A. Mirzəmmədov və qonaqlar cərimələnib.

 

Daha bir toy şənliyi isə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qanunvericiliyini tələblərinin pozulmasına görə yarımçıq dayandırılıb. Qəsəbə sakini 1994-cü il təvəllüdlü Rəsul Məmmədov yaşayış evinin həyətində müəyyən edilmiş qaydalara zidd toy məclisi təşkil etdiyi üçün inzibati məsuliyyətə cəlb olunaraq cərimələnib. Toy sahibi ilə yanaşı, məclis iştirakçıları barəsində də inzibati tənbeh tədbirləri görülüb.

 

Qeyd edək ki, Sumqayıt şəhəri ərazisində karantin qaydalarına əməl olunmasına nəzarəti gücləndirmək məqsədi ilə restoranlar və digər qapalı məkanlarda polis əməkdaşları tərəfindən profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ötən sutka 65 mindən çox şəxsə vaksin vurulub 25 Sentyabr 2021, 16:45 Yoluxma azaldı - 19 nəfər öldü 25 Sentyabr 2021, 16:40 Ceyhun Bayramov yəhudi təşkilatlarının nümayəndələri ilə görüşüb 25 Sentyabr 2021, 16:36 Azərbaycan və Qırğızıstan XİN başçıları görüşdü 25 Sentyabr 2021, 16:15 Azərbaycandan başlayaraq, "Teknofest"i bütün müttəfiq ölkələrdə keçirəcəyik - Ərdoğan 25 Sentyabr 2021, 16:08 "Taliban" Tacikistanla sərhədə xüsusi təyinatlı qoşun toplayıb 25 Sentyabr 2021, 16:00 Şəhid ailələri ziyarət olunub - FOTOLAR 25 Sentyabr 2021, 15:52 Əhməd İsmayılov "TÜRKSOY-un Media Mükafatı"nı alan jurnalistlərlə görüşüb 25 Sentyabr 2021, 15:45 İlham Əliyev Türkmənistan Prezidentini təbrik etdi 25 Sentyabr 2021, 15:37 Hava şəraiti ilə əlaqədar əhaliyə XƏBƏRDARLIQ 25 Sentyabr 2021, 15:30 Azərbaycan və Türkiyə hərbçilərinin birgə təlimi davam edir - VİDEO 25 Sentyabr 2021, 15:22 “Taliban” Əfqanıstanda 4 nəfəri edam etdi 25 Sentyabr 2021, 15:15 Sülhməramlıların yeni komandanı Ermənistanın müdafiə naziri ilə görüşüb 25 Sentyabr 2021, 15:07 Çağırışçıların hərbi hissələr üzrə bölgüsü aparılır - Nazirlik 25 Sentyabr 2021, 15:00 42 manat borca görə tanışını öldürən sahibkara hökm oxundu 25 Sentyabr 2021, 14:38 Jurnalist Elnur Əşrəfoğlunun son durumu açıqlandı 25 Sentyabr 2021, 14:30 İƏT nümayəndələri Azərbaycana səfərin nəticələri ilə bağlı bəyanat qəbul etdi 25 Sentyabr 2021, 14:22 İrana getmək istəyənlərin NƏZƏRİNƏ 25 Sentyabr 2021, 14:15 Sabiq nazir 9 milyon rüşvəti belə alıb - DETALLAR 25 Sentyabr 2021, 14:07 Nazir kinoteatrların açılmasına münasibət bildirdi 25 Sentyabr 2021, 14:00 Arvadını boğaraq öldürən şəxsə 12 il iş kəsildi 25 Sentyabr 2021, 13:54 Bakının milli tərkibi - türklər, ruslar, ermənilər - MARAQLI STATİSTİKA 25 Sentyabr 2021, 13:47 Rusiyanın 1 günlük koronavirus statistikası 25 Sentyabr 2021, 13:41 Kişi arvadını “Instagram” parolunu vermədiyinə görə ÖLDÜRDÜ 25 Sentyabr 2021, 13:35 YUNESCO-nun qərəzsiz mövqe tutmasını gözləyirik - Nazir 25 Sentyabr 2021, 13:28 Usta təmir etdiyi evdən 24 min manatlıq oğurluq etdi - VİDEO 25 Sentyabr 2021, 13:21 Türkiyədən Rusiyaya idxal olunan meyvə və pomidorda virus tapıldı 25 Sentyabr 2021, 13:14 İnternatlardan çıxan 70 nəfərə ev verildi - FOTO 25 Sentyabr 2021, 13:07 Bakıda 3 kişi qadına zor tətbiq edib 25 Sentyabr 2021, 13:00 Bakıda yağış, rayonlara qar yağacaq - Sabahın havası 25 Sentyabr 2021, 12:54 Tanınmış kardioloq koronavirusdan öldü - FOTO 25 Sentyabr 2021, 12:47 Bu xəstəxanaya yeni baş həkim təyin olundu 25 Sentyabr 2021, 12:40 Şəhid jurnalistlər “TÜRKSOY Media Mükafatı”na layiq görüldü 25 Sentyabr 2021, 12:32 Prokurorlar ağac əkdilər - FOTOLAR 25 Sentyabr 2021, 12:25 İlham Əliyevin “Nasionalnaya oborona” jurnalına müsahibəsi - VİDEO 25 Sentyabr 2021, 12:18
SORĞU Hansı vaksinə etibar edirsiniz?