Arxiv
4 Avqust 2021, 14:59 | TƏHSİL
Dövlət qulluğu haqqında qanuna dəyişikliyin DETALLARI

“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa 2021-ci il 31 may tarixli 340-VIQD nömrəli Qanunla bir sıra dəyişikliklər edilib.

 

Dövlət İmtahan Mərkəzindən Modern.az-a bildirilib ki, Qanuna edilmiş dəyişikliklər dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi, qulluqda yüksəliş, ehtiyat kadrların idarə edilməsi və digər məsələləri əhatə edir.

 

  • Müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər sırasından təyinat aparılarkən daha yüksək nəticə əldə etmiş namizədlərə, müsabiqə nəticələri bərabər olduqda isə ali təhsil pilləsinin daha yüksək səviyyəsini bitirənlərə, təhsil səviyyəsi eyni olduqda isə təhsil müəssisəsini fərqlənmə ilə bitirənlərə və xarici dil bilənlərə üstünlük veriləcək.

- Dəyişikliklərə əsasən dövlət qulluğu sertifikatı olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində 5 müsahibədə ödənişsiz, 5-dən artıq müsahibədə isə ödənişli iştirak edə bilər. Müsahibədə iştirak etmək üçün ödənişin məbləği Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən müəyyən ediləcək.

- Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanının məzmunu Dövlət Qulluğunu İdarəetmə Şurasının təklifləri əsasında müəyyən ediləcək.

- Dövlət qulluğu sertifikatı tətbiq edildiyi tarixədək (2017-ci ilədək) dövlət qulluğuna qəbul edilmiş şəxslər daha yüksək vəzifəyə iddia etdikdə həmin şəxslər də müvafiq sertifikat almalıdırlar.

- Dövlət orqanlarında ehtiyat kadrlar siyahısına daxil edilmiş namizədlər Mərkəzin təqdimatı əsasında digər dövlət orqanlarında analoji vəzifələrə təyin edilə bilərlər.

- Ümumi və daxili müsahibədən keçmiş lakin vakant vəzifəyə təyin edilməmiş namizədlər iki il müddətində həmin dövlət orqanında ehtiyat kadr kimi saxlanılır və analoji vakant vəzifə olduqda həmin vəzifəyə təyin edilirlər.

- Dövlət orqanının ləğvi, dövlət qulluqçularının sayının və ya ştatların ixtisarı ilə əlaqədar ehtiyat kadrlar siyahısına daxil edilən şəxslər ümumi müsahibələrdə və ehtiyat kadr kimi saxlanıldığı dövlət orqanında elan edilmiş daxili müsahibələrdə iştirak edə bilərlər.

- 1-3-cü kateqoriya dövlət orqanlarında inzibati vəzifələrin 1-3-cü təsnifatlarına uyğun olan vəzifələrə, habelə 2-ci kateqoriya dövlət orqanlarında şöbə müdiri, rəhbərin müşavir və rəhbərin köməkçisi vəzifələri üzrə dövlət qulluğuna qəbul yalnız daxili müsahibə əsasında aparılacaq və həmin vəzifələr üzrə sertifikat tələb edilməyəcək. Qeyd olunan vəzifələrin tutulması məqsədilə elan edilmiş daxili müsahibələrdə vəzifələrin tutulma şərtlərinə uyğun olan bütün namizədlər iştirak edə biləcəklər. Eyni zamanda, həmin vəzifələr üzrə müsahibə komissiyanın tərkibi yalnız vakant vəzifənin aid olduğu dövlət orqanının nümayəndələrindən ibarət formalaşdırlacaq.

- Dövlət orqanlarında vakant vəzifələrin tutulması məqsədilə daxili müsahibə elanları Mərkəzin saytında veriləcək. Namizədlər müvafiq vəzifələr üzrə saytdan qeydiyyatdan keçə bilərlər.

- İnzibati dövlət qulluğu vəzifəsinin tutulması üçün müəyyən edilmiş təhsil tələbi üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər, müvafiq vəzifələrdə (Nazirlər Kabineti tərəfindən təsdiq edilən) azı 10 il iş stajı olan şəxslər inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul olunarkən müsabiqənin yalnız müsahibə mərhələsində və ya ümumi müsahibədə iştirak edəcəklər. Həmin şəxslərdən sertifikat tələb edilməyəcək.

- Edilən dəyişikliklə dövlət qulluğunun xüsusi növündə xüsusi (hərbi, diplomatik) rütbə nəzərdə tutulan vəzifələrdə qulluq keçən və ya azı 5 il qulluq keçmiş şəxslər də ümumi müsahibədə iştirak edə biləcəklər.

- Qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən dövlət qulluğunun xüsusi növündə qulluq illəri dövlət qulluğu stajına və dövlət qulluğunda qulluq müddəti dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. Bununla da xüsusi növdə qulluq dövlət qulluğu stajı hesablanarkən və pensiya təyin edilərkən nəzərə alınacaq.

Qanunvericiliyə edilmiş dəyişikliklər barədə suallar olduqda [email protected] e-mail ünvanına göndərə və ya Mərkəzə rəsmi müraciət etmək olar.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Van Qoqun yeni aşkarlanan rəsm əsəri sərgiləndi 17 Sentyabr 2021, 00:50 “Qalatasaray” avtoqolla “Latsio”ya qalib gəldi 17 Sentyabr 2021, 00:45 Bu ölkədə peyvənddən imtina edən 3000 həkim işdən qovuldu 17 Sentyabr 2021, 00:38 Niderland XİN rəhbəri istefa verdi – SƏBƏB 17 Sentyabr 2021, 00:31 Rusiyada parlament seçkiləri başladı 17 Sentyabr 2021, 00:15 Səyyad Əlizadə Mərkəzi Gömrük hospitalına köçürüldü 17 Sentyabr 2021, 00:10 İlisu qoruğunun ərazisi yanğından mühafizə olundu 17 Sentyabr 2021, 00:02 ABŞ Avstraliyadakı hərbi varlığını artırır 16 Sentyabr 2021, 23:52 Qurban Qurbanov pivə butulkasının götürülməsini istədi 16 Sentyabr 2021, 23:31 Mediasiya qanunvericiliyinin tətbiqi məqsədilə işçi qrup yaradıldı 16 Sentyabr 2021, 23:28 XİN: Ermənistanı məsuliyyətə cəlb edəcəyik 16 Sentyabr 2021, 23:26 Ermənilərin Oxçuçayı çirkləndirməsi Moldova mətbuatında 16 Sentyabr 2021, 23:14 Bakıda mənzildə qadın meyiti tapıldı 16 Sentyabr 2021, 23:10 Naxçıvandan Gəncəyə aviareys fəaliyyətə başladı 16 Sentyabr 2021, 22:51 “Qarabağ”-“Bazel” oyunu qolsuz keçdi 16 Sentyabr 2021, 22:45 Avropa Müdafiə İttifaqı yaradıla bilər 16 Sentyabr 2021, 22:36 Goranboyda ikimərtəbəli ev yandı 16 Sentyabr 2021, 22:23 “Gənclər siyasəti haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılır 16 Sentyabr 2021, 22:13 Fondun xətti ilə 35 min 576 ipoteka krediti verilib 16 Sentyabr 2021, 22:03 “Bədən tərbiyəsi və idman haqqında” qanun layihəsi müzakirəyə çıxarılır 16 Sentyabr 2021, 21:56 MEDİA rəhbərliyi Qazaxıstanda görüşlər keçirir 16 Sentyabr 2021, 21:51 İƏT nümayəndələri Şuşada monitorinq apardı 16 Sentyabr 2021, 21:43 "Doing Business" hesabatının verilməsi dayandırılır 16 Sentyabr 2021, 21:31 Çində tam peyvənd olanların sayı 1 milyardı keçdi 16 Sentyabr 2021, 21:20 Xarici şirkətlər üçün yeni tələblər 16 Sentyabr 2021, 21:10 Türkiyədə daha 262 nəfər virusdan öldü 16 Sentyabr 2021, 20:54 Türkiyə-İran sərhədi açıldı 16 Sentyabr 2021, 20:43 Kabilə bir neçə raket düşüb 16 Sentyabr 2021, 20:36 Dövlət xətti ilə kirayə verilən mənzillərin sayı açıqlandı 16 Sentyabr 2021, 20:29 Ötən ay dəmir yolu ilə 213 min sərnişin daşınıb 16 Sentyabr 2021, 20:17 Nigeriyada aviazərbələr endirildi: 9 ölü, 23 yaralı 16 Sentyabr 2021, 20:13 Türk Ağsaqqalları Birliyinin yaradılması xəbəri təkzib edildi 16 Sentyabr 2021, 19:59 Samuxda məişət evi yandı 16 Sentyabr 2021, 19:51 "Üç qardaş - 2021” təlimi davam edir - VİDEO 16 Sentyabr 2021, 19:38 Zaxarova İranın yük maşınlarının saxlanmasından DANIŞDI 16 Sentyabr 2021, 19:36
SORĞU Hansı vaksinə etibar edirsiniz?