Arxiv
9 Avqust 2021, 17:45 | İQTİSADİYYAT
25 rayonda ipəkqurdunun II yemlənməsi həyata keçiriləcək

Qax Damazlıq İpəkçilik Stansiyasında respublikada tut ipəkqurdunun təkrar yemlənməsi mövzusunda açıq tarla seminarı keçirilib.

 

Kənd Təsərrüfatı Nazirliyindən Modern.az-a verilən məlumata görə, nazirliyin Bitkiçiliyin Təşkili və Monitorinqi Şöbəsinin müdiri İmran Cümşüdov, Qax Damazlıq İpəkçilik Stansiyasının rəhbərliyi və əməkdaşları, Azərbaycan Dövlət Aqrar Universitetinin, "Azərbaycan Sənaye Korporasiyası" ASC-yə məxsus “Azəripək” MMC-nin, Barama İstehsalçıları Şurasının nümayəndələri iştirak ediblər.

 

Seminarda məqsəd tut ipəkqurdunun payız yemlənməsinin təşkil olunması, təkrar yemləmə aparacaq kümçülərin ətraflı təlimatlandırılması, kümxanaların düzgün hazırlanması haqqında maarifləndirmə işləri aparmaq olub.

 

İ.Cümşüdov bildirib ki, Azərbaycanda baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illəri əhatə edən Dövlət Proqramı çərçivəsində həyata keçirilən tədbirlər davam etdirilir. Ölkədə yaş barama istehsalının artırılması üçün əlavə ehtiyat mənbələrindən biri də tut ipəkqurdlarının təkrar yemlənməsi prosesinin təşkil olunmasıdır. Bu məqsədlə cari ildə 25 rayonda tut ipəkqurdunun təkrar yemlənməsi həyata keçiriləcək. Kümçülərə paylanılması nəzərdə tutulan 700 qutu ipəkqurdu toxumunun inkubasiyaya qoyulduqdan sonra avqust ayının II ongünülüyündən etibarən əvəzsiz olaraq kümçülərə paylanılması nəzərdə tutulur.

 

“Məhsuldarlığın yüksək olması üçün kümçülərin az sayda tut ipəkqurdu toxumunu götürməsi tövsiyə edilir. Müşahidələr onu göstərir ki, bəzi kümçülər yemləmə prosesini düzgün təşkil etmir, tut (çəkil) ağaclarının zoğlarını kəsirlər. Qarşıdakı illərdə yem ehtiyatında çətinliyin olmaması üçün kümçülər zoğları kəsmək yolu ilə deyil, tut (çəkil) yarpaqlarını yığmaqla yemləmə aparmalıdırlar”, - deyə İ.Cümşüdov vurğulayıb.

 

Seminarda yaş barama istehsalı və emalı, keyfiyyətli ipəkqurdu toxumu (qrena) istehsalı, aqrozootexniki qaydalarına uyğun tut ipəkqurdlarının bəslənməsinə riayət etməklə barama istehsalının artırılması məsələləri müzakirə olunub. Baramaçılıq sahəsində xəstəliklərə qarşı effektiv mübarizənin təşkili, kümçülərə dövlət dəstəyi, barama istehsalı ilə bağlı maarifləndirmə prosesinin təşkili ətrafında fikir mübadiləsi aparılıb.

 
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Vətən müharibəsi şəhidinin anım günü qeyd edilib - FOTO 21 Oktyabr 2021, 18:35 İctimai Şuranın üzvləri Lənkəranda - FOTO 21 Oktyabr 2021, 18:30 “Sabah”ın baş məşqçisi istefa verdi 21 Oktyabr 2021, 18:25 Fuad Qəhrəmanlının qızına təcavüz edən şəxslə bağlı QƏRAR VERİLDİ 21 Oktyabr 2021, 18:20 Prezidentlə xanımı bu radioya qulaq asdılar - VİDEO 21 Oktyabr 2021, 18:13 Tanınmış ilahiyyatçı dövlətə xəyanətə görə HƏBS OLUNDU 21 Oktyabr 2021, 18:07 “Azərsu” yanında İctimai Şuranın iclası keçirilib 21 Oktyabr 2021, 18:02 Kamran Əliyevdən 3 rayona prokuror TƏYİNATI 21 Oktyabr 2021, 18:00 Qanunsuz ov edən ərəblər SAXLANILDI 21 Oktyabr 2021, 17:55 AzTV-dən deputata ironiyalı CAVAB 21 Oktyabr 2021, 17:50 Rəisidən MESAJ: “Qonşularımızla münasibətlər bizim üçün prioritetdi” 21 Oktyabr 2021, 17:44 Azərbaycanda daha bir partiya rəsmi qeydiyyata alındı 21 Oktyabr 2021, 17:40 Hamilə qadının ölümü ilə bağlı rəsmi AÇIQLAMA - YENİLƏNİB 21 Oktyabr 2021, 17:39 Bakının mərkəzində narkomanlar yuvası - VİDEO 21 Oktyabr 2021, 17:36 Türkiyə şəhid verdi 21 Oktyabr 2021, 17:32 MOSSAD-ın Türkiyədəki şəbəkəsi İFŞA OLUNDU 21 Oktyabr 2021, 17:28 İtkin düşən hərbçilərimizin ADLARI 21 Oktyabr 2021, 17:24 Prokurorluq məktəblinin ölümünü ARAŞDIRIR 21 Oktyabr 2021, 17:22 Vətən müharibəsi şəhidlərinin yeni SİYAHISI 21 Oktyabr 2021, 17:16 Baş nazir: Saakaşvili azı 6 il həbsxanada qalacaq 21 Oktyabr 2021, 17:13 Neft Fondunun gəlirləri ARTIB 21 Oktyabr 2021, 17:08 XİN: Azərbaycan Ermənistana qarşı yeni şikayətlər irəli SÜRƏCƏK 21 Oktyabr 2021, 17:02 Haaqada “Vətənə dəstək” aksiyası keçirilib - FOTO 21 Oktyabr 2021, 16:56 Nazirlikdən güclü külək XƏBƏRDARLIĞI 21 Oktyabr 2021, 16:50 Şəhidin xanımı ərinin il mərasiminə gedərkən qəzada öldü - FOTO 21 Oktyabr 2021, 16:46 Son sutkada peyvənd OLUNANLAR 21 Oktyabr 2021, 16:40 Yoluxma azaldı, ölü sayı çoxaldı - Bu günün statistikası 21 Oktyabr 2021, 16:36 Azərbaycan və Qazaxıstan arasında MEMORANDUM 21 Oktyabr 2021, 16:30 Naməlum virus DƏHŞƏTİ: 165 uşaq öldü 21 Oktyabr 2021, 16:24 Direktor müavini olmaq istəyənlərin NƏZƏRİNƏ! 21 Oktyabr 2021, 16:19 Pambıqçılıqla bağlı yeni LAYİHƏ 21 Oktyabr 2021, 16:14 Metro gücləndirilmiş rejimə keçir 21 Oktyabr 2021, 16:08 Milyarder Vahid Ələkbərov Bakıdadır - FOTO 21 Oktyabr 2021, 16:02 Bu şəxslər dövlət rüsumu ÖDƏMƏYƏCƏK 21 Oktyabr 2021, 15:56 Vitse-spikerin məqaləsi Qazaxıstan MƏTBUATINDA 21 Oktyabr 2021, 15:50