Modern.az

Qəbul imtahanlarında yüksək nəticə göstərmiş məzunlar

Qəbul imtahanlarında yüksək nəticə göstərmiş məzunlar

Təhsil

11 Avqust 2021, 14:35

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin məzunları I ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstəriblər.

 

İdarədən Modern.az-a bildirilib ki, 27-28 iyul tarixlərində keçirilmiş qəbul imtahanlarının (XI sinif üzrə) nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki 217 nömrəli tam orta məktəbin şagirdi Elşən Salahov və 297 nömrəli tam orta məktəbin şagirdi Səmral Qasımov II mərhələdə bütün suallara düzgün cavab verərək 400 bal toplayıblar.

 

İmtahanın I mərhələsində 285 bal yığan S.Qasımov hər iki mərhələnin cəminə görə 685 bal, I mərhələdə 276,5 bal yığan E.Salahov isə hər iki mərhələnin cəminə görə 676,5 bal toplayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır