Modern.az

Rusiyada dərs ili əyani formatda başlanacaq  

Rusiyada dərs ili əyani formatda başlanacaq  

17 Avqust 2021, 06:51

Rusiyada sentyabrın 1-də dərs ili əyani formatda başlanacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiyanın maarif naziri Sergey Kravtsov bildirib.

 

Nazir şagird və tələbələrin müəllimləri ilə dərs ilinin ilk günü görüşməsinin vacib olduğunu deyib. Kravtsov, həmçinin əlavə edib ki, hər region epidemioloji vəziyyətə əsasən qərar vermək ixtiyarındadır.

 

Bundan əlavə, Maarif naziri müəllim, şagird və tələbələrin məcburi peyvənd edilməsinin əleyhinə olduğunu söyləyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu