Arxiv
17 Avqust 2021, 21:48 | İQTİSADİYYAT
Laçın və Kəlbəcərin yolsuzluq bəlası ARADAN QALDIRILIR

İşğaldan azad olunmuş bütün ərazilərdə olduğu kimi, Laçın və Kəlbəcər rayonlarında da avtomobil yollarının bərpası və yeni yolların salınması sürətlə davam edir.


Məlumatı olanlar bilir ki, bu iki rayon sovet dövründə ən bərbad yol infrastrukturu olan rayonlar idi. Bəlkə də bunda da bir müəmma var: hər iki rayonun mərkəzinə yalnız o vaxtkı DQMV-dən keçib getmək mümkün idi. Qonşu olan bu iki rayon arasında ilboyu istifadəsi mümkün olan bir dənə də yol yox idi (məlumat üçün bildirim ki, Kəlbəcərdən Laçına gedəndə yoldakı 200 metr uzunluqda məlum tunel bu iki rayonu birləşdirmək üçn deyil, rayon mərkəzi olan Kəlbəcər şəhərini rayonun Zülfüqarlı kəndi və Tutqun çayi hövzəsindəki digər kəndlərlə birləşdirmək üçün tikilib).


Elə məhz bu yolsuzluq I Qarabağ müharibəsində hər iki rayon üçün bəlaya çevrildi. 1988-ci ildə separatçı vandallar baş qaldıranda onların hər ikisi faktiki blokadaya düşdü. Ən faciəlisi o idi ki, bu iki rayonu digər qonşuları ilə - Laçını Qubadlı ilə, Kəlbəcəri Göygöl və Daşkəsənlə birləşdirən normal yol da yox idi. Laçından cənuba, yəni Qubadlı istiqamətinə yol bir az babat idi, amma bu yol da əslində kənd yolu idi, Laçın şəhərini Güləbird kəndi və rayonun digər cənub kəndləri ilə birləşdirmək üçün çəkilmişdi. Asfalt örtüyü yox idi, trası da çox çətin idi: sərt döngələr, sərt eniş-yoxuş, bəzi yerlərdə iki maşın qabaqlaşanda keçmək olmurdu və s.


Kəlbəcəri Göygöl (o vaxt - Xanlar) və Daşkəsənlə birləşdirən yollara isə yol demək əslində düz deyil, çünki onlar sadəcə yaylaq vaxtı köç yolu olmuşdu, ilin digər vaxtı istifadəsi mümkün deyildi.


I Qarabağ müharibəsi başlayan kimi separatçılar hər iki rayona gedən və hər iki rayonda asfalt örtüyü olan yeganə yolları – Tərtər-Kəlbəcər və Ağdam-Şuşa-Laçın yolunu bağladılar. Bundan sonra Qubadlı-Laçın-Kəlbəcər-Gəncə istiqamətində yolları normal vəziyyətə gətirmək üçün ciddi cəhdlər oldu. Amma təəssüf ki, o vaxtkı imkan və resurslarla çox iş görmək mümkün olmadı. Sonrası da hər kəsə məlumdur: ard-arda hər iki rayon işğal edildi. Bu işğalda yolsuzluq çox mühüm rol oynadı…


44 günlük müharibədən sonra təəssüf ki, hər iki şəhərə aparan sovet dövrünün asfalt yolu sülhməramlıların nəzarəti altındadır. Bütün imkanlarımızdan istifadə etməklə həmin yollara tam suveren nəzarəti bərpa etmək, şübhəsiz ki, yaxın gələcək üçün dövlətimizin əsas hədəflərindəndir.


Lakin şükürlər olsun ki, sovet dövründə buraxdığımız ciddi səhvləri düzəltməyə başlamışıq. Hazırda Laçın və Kəlbəcərdə çox yüksək templə aşağıdakı vacib əhəmiyyətli yollar çəkilir:

  • 1. Toğanalı-Kəlbəcər-İstisu yolu
  • 2. İstisu (Kəlbəcər) – Minkənd (Laçın) yolu
  • 3. Kəlbərər-Laçın yolu
  • 4. Xudafərin - Laçın yolu

  • Bunlardan başqa, hazırkı Laçın dəhlizinə alternativ yol da layihələndirilməkdədir.


    Daha bir maraqlı layihə Güləbird kəndindən və ümumiyyətlə cənubdan Laçın şəhərinə yolu qısaldacaq və trası yaxşılaşdıracaq yoldur. Söhbət təxminən 10 gün əvvəl barəsində danışılan, özü də düzgün və detallı danışılmadığına görə bəzi adamlarda sual yaradan 23 km-lik yoldan gedir. Həmin yeni yol həm Laçın şəhərinə yolu qısaldacaq (Güləbirddən Laçın şəhərinə olan məsəfə 15-20 km qısalacaq), həm Zabuxa və oradan Minkəndə, daha sonra Kəlbəcər İstisuyuna qısa marşrutla getməyə imkan verəcək (Güləbirddən Zabuxa olan məsəfə -25-30 km qısalacaq), həm də sərt eniş-yoxuş və döngələr olmayacaq. Bu yeni yol təxminən Qayğı qəsəbəsi bərabərindən başlamaqla hər yerdə Həkəri çayı qırağı ilə gedərək indiki asfalt yola (Laçın-Zabux yoluna) birləşəcək.


    Laçın və Kəlbəcərdə çoxlu kəndarası, yollar, habelə Qərbi Zəngəzurla sərhədə doğru yollar tikilir (məsələn, Laçında Bozludan başlayıb Mirikdən keçməklə Qara gölə qəşəng bir yol çəkilir).


    Yollarda xeyli işlər artıq görülüb. Məsələn, Toğanalı- Kəlbəcər-İstisu-Minkənd yolunun və Kəlbəcər-Laçın yolunun Qorçuya qədər olan hissəsinin yatağı tam hazırdır, kipləşmə və narın çınqılla bərkitmə işləri görülüb, yalnız asfalt ötrük qalır. Yolun asfaltı olmasa da, çox hamar və rahatdır: bu dəqiqə Toğanalıdan Kəlbəcərə, daha sonra oradan İstisuya və Minkəndə, yaxud Zülfüqarlıdan keçməklə Laçının Qorçu kəndinə nəinki "CİP"lə, hətta “Ferrari” ilə getmək olar. (1992-1993-cü illərdə bu yolları yalnız tam ötürücülü yük avtomobilləri ilə gedə bilirdik). Murovun hər iki tərəfində yolun trası da xeyli yaxşılaşdırılıb.


    Şükürlər olsun ki, qalan yollarda və qeyd etdiyim istiqamətlərin davamında (Qorçudan Laçın şəhərinə tərəf, Minkənddən Zabuxa tərəf) da işlər eyni sürətlə davam edir. Çünki həm ordumuzun operativ yerdəyişmələri, yüksək səviyyədə logistikası, həm də yaxın gələcəkdə böyük qayıdış üçün yollar çox önəmlidir.


    Nə isə… Hər şey gözəl olacaq.


    Xalqımıza və Ordumuza eşq olsun!



    Ərşad Hüseynov

     

    BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
    + Arxiv
    Şənbə-bazarın yol terroru - 8 qəza, 8 ölü 25 Oktyabr 2021, 13:22 Ən çox və ən az məhbusu olan ölkələr: Azərbaycan neçəncidir? - REYTİNQ 25 Oktyabr 2021, 13:17 Rayon sakinlərindən odlu silah GÖTÜRÜLDÜ 25 Oktyabr 2021, 13:12 Koronavirusun delta ştammının FOTOSU yayıldı 25 Oktyabr 2021, 13:06 Dələduz qadın tutuldu 25 Oktyabr 2021, 13:00 Azərbaycanın mükafatı fəxri konsula verildi 25 Oktyabr 2021, 12:54 Hamilə qadınlar da peyvənd oluna bilər - RƏSMİ 25 Oktyabr 2021, 12:48 Hadi Rəcəbli HARALARDADI... 25 Oktyabr 2021, 12:45 Rusiya ilə Ermənistan Zəngəzurda hərbi təlimlər KEÇİRDİ 25 Oktyabr 2021, 12:39 Goranboyda şəhidin məzarı ziyarət olunub 25 Oktyabr 2021, 12:35 Qanunsuz meşə materialı AŞKARLANDI 25 Oktyabr 2021, 12:31 Prokurorluq 37 yaşlı kişinin ölümünü ARAŞDIRIR 25 Oktyabr 2021, 12:26 Türkiyədə meşələri yandıran 7 rusiyalı saxlanıldı 25 Oktyabr 2021, 12:20 Azərbaycan hansı ölkədən hərbi təyyarələr alacaq? 25 Oktyabr 2021, 12:15 Sabah Bakıda yağış yağacaq 25 Oktyabr 2021, 12:10 8 maşından OĞURLUQ ETDİ 25 Oktyabr 2021, 12:05 Mehriban Əliyeva Qubadlıdan paylaşım etdi - FOTO 25 Oktyabr 2021, 12:00 Qahirədə müdavimlərlə GÖRÜŞ   25 Oktyabr 2021, 11:55 Sərxoş oğru TUTULDU 25 Oktyabr 2021, 11:50 DOST Mərkəzinə MEDİATUR 25 Oktyabr 2021, 11:46 İrəvan-Gümrü qatarı daşa basıldı 25 Oktyabr 2021, 11:42 Azərbaycanın Türkiyəyə ixracı 2 milyard dollara çatır 25 Oktyabr 2021, 11:38 Paşinyan Qafqazda “sülh dövrü”nün başlandığını ELAN ETDİ 25 Oktyabr 2021, 11:34 Bakının mərkəzində qumbara tapıldı - FOTO 25 Oktyabr 2021, 11:30 Tuneldə QƏZA - FOTO 25 Oktyabr 2021, 11:27 Ermənistan hərbi xərclərini artırır – Paşinyan AÇIQLADI 25 Oktyabr 2021, 11:25 Hafiz Hacıyevi süni tənəffüs aparatından ayırıblar - YENİLƏNİB 25 Oktyabr 2021, 11:20 Sabiq şöbə müdirinin məhkəməsində tələbələr dindirildi 25 Oktyabr 2021, 11:16 1059 nəfər toyalara BURAXILMADI 25 Oktyabr 2021, 11:12 “Azəriqaz”ın növbəti aksiyası Cəlilabadda keçiriləcək 25 Oktyabr 2021, 11:08 Ermənistanda COVID-19-dan daha 42 nəfər öldü 25 Oktyabr 2021, 11:04 Havar Məmmədov təltif olundu - FOTO 25 Oktyabr 2021, 11:00 Bizimkilər - “Hakim partiyanın qəzetində çalışmağın böyük məsuliyyəti var” - MÜSAHİBƏ 25 Oktyabr 2021, 10:56 Evdən 8500 manat pul OĞURLADI 25 Oktyabr 2021, 10:52 “Dostlar” serialının aktyoru vəfat etdi 25 Oktyabr 2021, 10:48