Modern.az

Polis Bakıda dindarların aksiyasına imkan verməyib

Polis Bakıda dindarların aksiyasına imkan verməyib

13 Fevral 2010, 19:14

Fevralın 13-də Bakıda bir qrup dindar Məhəmməd peyğəmbərin ölüm günü və Xocalı faciəsi ilə əlaqədar Şəhidlər Xiyabanına yürüş edib, əklil qoymaq istəyiblər. Polis əvvəl «Nizami» metrosundan başlayan yürüşün heç bir şüar səsləndirmədən ara küçələrdən keçməsinə icazə verib. Sonradan dindarların «Allahu Əkbər!», «Hər gün Aşura, hər gün Kərbəla!» şüarları səsləndirməsi polislə toqquşmaya səbəb olub.
Dindarlar polisə daş atıb, polis dəyənəklərdən istifadə edib. Aksiyada 15 nəfər saxlanılıb. Polis bildirib ki. s
axlanılanlardan izahat alındıqdan sonra sərbəst buraxılacaqlar.

 



 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir