Modern.az

DİM-dən jurnalist olmaq istəyənlərə müraciət

DİM-dən jurnalist olmaq istəyənlərə müraciət

21 Avqust 2021, 13:33

Dövlət İmtahan Mərkəzi (DİM) 2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinin jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər üçün avqustun 19-da keçirilmiş qabiliyyət imtahanının nəticələrini elan edib.

 

Bu barədə Modern.az-a DİM-dən məlumat verilib.

 

Bildirilib ki, imtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən avqustun 23-dən etibarən onlayn (“Zoom” proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək.

 

Apellyasiya komissiyasına müraciət etmək istəyənlər avqustun 22-də DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?