Modern.az

Azərbaycanlı ailə Rusiyada qəzaya düşdü: Ana və 2 övladı öldü  

Azərbaycanlı ailə Rusiyada qəzaya düşdü: Ana və 2 övladı öldü  

25 Avqust 2021, 09:28

Rusiyadan Azərbaycana gələn ailə üzvləri avtomobil qəzasına düşüb, ölənlər və yaralananlar var.

 

Modern.az Report-a istinadən xəbər verir ki, hadisə Dərbənd ərazisində qeydə alınıb.

 

Minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində Rusiyada yaşayan, əslən Daşkəsən rayonundan olan ailənin 3 üzvü, ana və 2 azyaşlı övladları hadisə yerində dünyasını dəyişiblər. Sürücü, qadının həyat yoldaşı və digər övladı isə ağır xəsarətlər alıb.

 

Sürücünün komada olduğu bildirilir.

 

Qeyd edək ki, dünyasını dəyişənlər artıq Azərbaycana gətirilib və Gəncə şəhərində dəfn ediliblər.

 

Faktla bağlı Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu