Modern.az

Noyabr ayına olan hava proqnozu açıqlandı

Noyabr ayına olan hava proqnozu açıqlandı

31 Oktyabr 2012, 12:09

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, noyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, ayrı-ayrı rayonlarda isə bir qədər yüksək olacağı gözlənilir. Respublika üzrə yağıntıların qeyri-bərabər paylancaq. Aylıq yağıntının miqdarının əksər rayonlarda iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər çox olacağı ehtimal olunur. Noyabr ayının ikinci və üçüncü ongünlüyünün ayrı-ayrı günlərində bəzi dağlıq ərazilərdə yağıntının sulu qar və qar şəklində olacağı gözlənilir.

Bakıda və Abşeron yarımadasında

Orta aylıq temperaturun 10-12 dərəcə isti olacağı gözlənilir ki, bu da kiçik mənfi və müsbət fərqlə iqlim normasına yaxındır. Gecələr 4-9, gündüzlər 10-14 dərəcə isti təşkil edəcək, ayın birinci yarısında temperatur 14-18, ayrı-ayrı günlərdə 20-22 dərəcəyədək yüksələcək, ayın ikinci yarısında 10-15 dərəcə isti gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 28-38 mm) olacağı ehtimal olunur.

Naxçıvan Muxtar Respublikasında

Orta aylıq temperaturun 6-10 dərəcə isti olacağı gözlənilir ki, bu da kiçik müsbət fərqlə iqlim normasına yaxındır. Ayın əvvəlində gecələr 4-9, ikinci yarısında 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüzlər 14-19, bəzi günlərdə 20-25, ayın ikinci yarısında 8-12 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 18-28 mm), bəzi yerlərdə bir qədər çox olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd; Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən, Gədəbəy rayonlarında

Orta aylıq temperaturun 4-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksəkdir. Gecələr 1-5 dərəcə isti, ayrı-ayrı günlərdə 0-4 dərəcə şaxta gözlənilir, gündüzlər 5-10 dərəcə isti , ayrı-ayrı günlərdə 12-16 dərəcəyədək isti olacaq.

Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 27-34 mm) olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında

Orta aylıq temperaturun 7-10 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr 5-10 dərəcə isti, ayrı-ayrı günərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək. Gündüzlər 10-15, ayın əvvəlində 16-19, ayrı-ayrı günlərdə 7-9 dərəcə isti gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 15-24 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında

Orta aylıq temperaturun 5-10 dərəcə isti olacağı gözlənilir ki, bu da kiçik müsbət fərqlə iqlim normasına yaxındır. Gecələr 1-5, ayın əvvəlində 7-19 dərəcə isti, ayrı-ayı günlərdə 0-4 dərəcə şaxta təşkil edəcək. Gündüzlər 8-13, ayın əvvəlində 15-19, ayrı-ayrı günlərdə 5-7 dərəcə isti gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 29-73 mm) olacağı gözlənilir.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında

 Orta aylıq temperaturun 8-13 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr 6-11, ayın ikinci yarısında ayrı-ayrı günlərdə 0-4 dərəcə isti təşkil edəcək. Gündüzlər 14-19, bəzi günlərdə 22 dərəcəyədək yüksələcək, ayın ikinci yarısında 9-13 dərəcə isti gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 25-45 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.

Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında

Orta aylıq temperaturun 10-12 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr 4-9 dərəcə isti, dağlarda 1-5 dərəcə şaxta, gündüzlər 12-17, ayın əvvəlində 18-20 dərəcəyədək isti gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 55-170 mm), bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal olunur.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!