Modern.az

Gürcüstan Azərbaycanın elektrik enerjisindən imtina edir - HADİSƏ

Gürcüstan Azərbaycanın elektrik enerjisindən imtina edir - HADİSƏ

Aktual

31 Oktyabr 2012, 13:59

İvanişvili hökuməti Rusiya ilə danışıqlara hazırlaşır

“2013-cü ilin əvvəlindən hökmən Rusiyadan elektrik enerjisi almağımız lazımdır. Biz bununla bağlı “İnter RAO” ilə əməkdaşlıq etməyə, görüşməyə və danışıqlar aparmağa hazırıq”. 

Modern.az bildirir ki, bu gözlənilməz açıqlama ilə Gürcüstanın energetika naziri Kaxa Kaladze  gürcü KİV-lərinə açıqlamasında bildirib.

İqtisadiyyat naziri Georgi Kivirikaşvili də öz növbəsində bildirib ki, “əhali üçün enerji tariflərinin aşağı salınması üçün Rusiya ilə danışıqlar aparmaq niyyətindədirlər”.

“Gürcü vətəndaşlarının inkişaf etmiş ölkələrin vətəndaşları kimi eyni tarifi ödəmələri ədalətsizlikdir”-deyə nazir bildirib. 

Bundan öncə rəsmi Tiflis Azərbaycan-Gürcüstan-Türkiyə enerji dəhlizinin yaradılması planına görə, elektrik enerjisini Bakıdan idxal etməyi planlaşdırırdı.

Hazırda Gürcüstan vətəndaşları bir kilovatsaat elektrik enerjisinə görə, 0,107 dollar ödəyir. Azərbaycanda isə bu rəqəm 0, 072 dollar, Ermənistanda isə 0,06 dollardır.

Belə aydın olur ki, milyarder İvanişvilinin hökuməti  daha Azərbaycana vahid enerji tərəfdaşı kimi baxmır və Rusiya ilə münasibətlər üçün ilkin addımlar atmağa hazırlaşır.

X.SƏFƏROĞLU

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir