Modern.az

Ermənistan ordusu Kəlbəcər istiqamətində təxribat törətdi

Ermənistan ordusu Kəlbəcər istiqamətində təxribat törətdi

29 Avqust 2021, 13:55

Azərbaycan Ordusunun bölmələri tərəfindən guya bir neçə istiqamətdə atəş açılması, atışmanın iki saatadək davam etməsi və hərbçilərimiz arasında yaralananlar olması barədə Ermənistan tərəfinin yaydığı məlumat tam yalandır və təxribat xarakteri daşıyır.

 

Bununla bağlı Modern.az-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

 

Qeyd edilir ki, belə yalan informasiyalar yaymaqla qarşı tərəf Ermənistan ordusunun bölmələrində baş verən silahlı insidentlər nəticəsində həlak olan və yaralananlar barədə məlumatları gizlətmək məqsədi güdür.

 

Əksinə, Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 29-u saat 01:40-dan 02:10-dək Basarkeçər rayonunun Zod yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub.

 

Qarşı tərəf cavab atəşi ilə susdurulub.

 

Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, Azərbaycan Ordusunun hərbçiləri arasında yaralanan yoxdur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?