Modern.az

Ali məktəblərə ixtisas seçiminin vaxtı uzadıldı

Ali məktəblərə ixtisas seçiminin vaxtı uzadıldı

Təhsil

31 Avqust 2021, 00:10

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün ixtisas seçiminin vaxtı uzadılıb.

 

Modern.az xəbər verir ki, ixtisas seçimi avqustun 31-i saat 11:00-da başa çatacaq.

 

Məlumata görə, I-V ixtisas qrupları üzrə 60 min 298 elektron ərizə təsdiq edilib. Bunlardan 18 min 640 - I qrup üzrə, 13 min 191-i II qrup, 17 min 51-i III qrup, 4 min 912 ərizə isə IV qrup üzrədir. V qrup üzrə ərizə təqdim edənlərin sayı isə 9 min 10-dur.

 

Qeyd edək ki, müsabiqədə yalnız elektron ərizələrini təsdiq etmiş abituriyentlər (subbakalavrlar) iştirak edə biləcəklər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar