Modern.az

“Yoluxma dinamikası məktəblərin açılmasına təsir etməyəcək” - Ekspert

“Yoluxma dinamikası məktəblərin açılmasına təsir etməyəcək” - Ekspert

1 Sentyabr 2021, 09:00

“Koronavirusa yoluxma dinamikası yeni tədris ilinin ənənəvi qaydada başlanmasına təsir etməyəcək”.

 

Bunu Modern.az-a təhsil eksperti Kamran Əsədov son günlər yoluxma sayının artması ilə əlaqədar məktəblərin açılmaması barədə fikirlərə münasibət bildirərkən deyib.

 

Onun sözlərinə görə, yeni tədris ilinin ənənəvi qaydada başlaması qaçılmazdır. Buna əsas verən kifayət qədər məqamlar var.

 

“Ali təhsil müəssisələrində yeni tədris ilində karantin qaydalarına əməl olunması üçün ciddi tədbirlər görülür. Burada əsas məsələ auditoriyada tələbələrin tənzimlənməsidir. Mövcud yoluxma sayındakı artım təhsilin ənənəvi qaydada açılmasına təsir etməyəcək. Ona görə ki, indiyədək ölkə üzrə 6 milyondan çox vaksin vurulub. Əgər bu günlərdə biz ictimai obyektlərdə bir yerdə oturub vaxt keçirə biliriksə, deməli, tədrisdə də bir yerdə karantin qaydalarına əməl edərək dərs keçə bilərik.

 

Biz tədrisə onlayn şəkildə davam etsək, nəticədə kadr çatışmazlığı ilə üzləşəcəyik. Mən təklif edirəm ki, dərslər açılsın. Amma universitetlərdə bir neçə qaydaya xüsusi diqqət etmək lazımdır. İxtisaslar üzrə ənənəvi, qeyri-ixtisaslar üzrə dərslər isə onlayn şəkildə keçirilməlidir”, - deyə təhsil eksperti vurğulayıb.

 

Fidan İlqar

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!