Modern.az

Mətbuat katibinə polkovnik rütbəsi verildi

Mətbuat katibinə polkovnik rütbəsi verildi

Media

3 Sentyabr 2021, 09:40

Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinin rəisi, miqrasiya xidməti müşaviri Elnur Kələntərovun rütbəsi artırılıb.

Modern.az-ın məlumatına görə, bu barədə E.Kələntərovun özü bildirib. Onun sözlərinə görə, dünən məzuniyyətdən sonrakı ilk iş günündə yeni rütbə almağının sevincini yaşayıb.

“Polkovnik rütbəmin verilməsi əmri ilə tanış edildim. Buna görə Dövlət Miqrasiya Xidmətinin rəisi cənab Vüsal Hüseynova dərin təşəkkürümü bildirirəm. Həmişəki kimi yüksək əhval və həvəslə, vicdanla işləməyə davam. Azərbaycan Respublikasına xidmət edirəm!”,-E.Kələntərov bildirib.

Elnur Kələntərli 25 aprel 1976-cı ildə Bakı şəhərində doğulub. Əvvəllər “Space” telekanalında aparıcı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, Aparat rəhbəri, Maliyyə idarəsinin rəis müavini vəzifələrində çalışıb.

Ötən ilin yanvar ayında Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinə rəisi təyin olunub. Bundan əvvəl isə həmin idarənin rəis müavini vəzifəsində çalışıb.


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü