Modern.az

Zakir Həsənov: “Türkiyənin yanımızda olması bizə güc verir” – VİDEO

Zakir Həsənov: “Türkiyənin yanımızda olması bizə güc verir” – VİDEO

Aktual

15 Sentyabr 2021, 13:45

“Son dövrlərdə keçirilən təlimlər nəticəsində Azərbaycan Ordusu böyük təcrübə qazanıb. İki ölkə arasında təlimlər bundan sonra da davam edəcək”.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimlərində keçirilən “Yüksək səviyyəli müşahidəçi günü”ndə çıxışı zamanı deyib.

 

Nazir bildirib ki, Azərbaycan işğal altındakı torpaqlarını azad etmək üçün başlatdığı əməliyyatlar zamanı daim Türkiyənin dəstəyini görüb:

 

“Vətən Müharibəsi zamanı Türkiyə Prezidenti, Türkiyə milli müdafiə naziri və digər yüksək vəzifəli şəxslər dəfələrlə Azərbaycana siyasi, mənəvi və diplomatik dəstək verib. Onların bəyanatları Azərbaycanın tək olmadığını, Türkiyənin daim Azərbaycanın yanında olduğunu, Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığını bütün dünyaya göstərib. Türkiyə kimi qardaşımızın yanımızda olması bizə güc verir. Azərbaycan xalqı Türkiyənin dəstəyini yüksək qiymətləndirir. Türkiyə tərəfindən göstərilən dəstəyə görə dərin təşəkkürümü bildirirəm”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar