Modern.az

Hava xəbərdarlığı - Leysan yağacaq, dolu düşəcək

Hava xəbərdarlığı - Leysan yağacaq, dolu düşəcək

Aktual

15 Sentyabr 2021, 17:08

Bakıda və Abşeron yarımadasında sentyabrın 16-sı axşamdan 17-si günün ikinci yarısınadək şimal-qərb küləyinin 15-18 m/s, arabir 20 m/s, gecə və səhər arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, Azərbaycanın rayonlarında sentyabrın 17-si səhərdən 18-i gündüzədək əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

 

Bəzi yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var.

 

Sentyabrın 16-sı axşam, 17-də qərb küləyi 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

 

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Erməni hərbçi heç bir səbəb olmadan mövqeyimizə atəş açır