Modern.az

Protezlə təmin olunan qazilərin sayı AÇIQLANDI

Protezlə təmin olunan qazilərin sayı AÇIQLANDI

Aktual

16 Sentyabr 2021, 11:46

“Reabilitasiya müəssisələrində 1500 qaziyə xidmətlər göstərilib”.

 

 Modern.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov deyib.

 

“Dövlət başçısının göstərişi ilə son illər müasir tələblərə uyğun qurulmuş reabilitasiya sistemi qazilərimizin yüksək səviyyədə reabilitasiya xidmətləri ilə təminatında mühüm rol oynayır. Postmüharibə dövründə Agentliyin reabilitasiya müəssisələrində 1500 qaziyə xidmətlər göstərilib. Ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə yaralanaraq orqanlarını itirmiş vətəndaşlarımızın 2020-ci ilin dekabr ayından yüksək texnologiyalı, elektron protezlərlə təminatı işləri aparılır. Artıq 141 hərbçi son nəsil protezlə təmin edilib”.

 

Fidan İlqar

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü