Modern.az

Azərbaycana ərazi verilməsi gündəmdə deyil

Azərbaycana ərazi verilməsi gündəmdə deyil

Aktual

Bu gün, 17:39

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycana hər hansı ərazinin verilməsi məsələsinin İrəvanın gündəliyində olmadığını bildirib.

Modern.az xəbər verir ki, Paşinyan bunu Ermənistan parlamentində deyib.

“Heç nəyi güzəştə getməmişik və getmək niyyətində də deyilik. Buna ehtiyac yoxdur və belə bir məsələ ümumiyyətlə gündəmdə deyil”, – baş nazir bildirib.

Paşinyanın sözlərinə görə, hökumət Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisinə görə məsuliyyət daşıyır. O bildirib ki, Azərbaycanla sərhədin müəyyənləşdirilməsi iki ölkənin sərhəd komissiyalarının fəaliyyətini tənzimləyən və Ermənistan parlamentinin ratifikasiya etdiyi əsasnaməyə uyğun aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! Türkiyəyə uçan Rusiya təyyarəsində bomba həyəcan