Modern.az

Müharibə olmalıdır ki, milyardlar qazanasınız - Paşinyan müxalifətə

Müharibə olmalıdır ki, milyardlar qazanasınız - Paşinyan müxalifətə

Aktual

Bu gün, 17:28

Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə yeni Konstitusiya ilə bağlı mübahisə zamanı müxalifəti sülhə qarşı çıxmaqda ittiham edib.

Modern.az xəbər verir ki, müxalifət deputatı Ermənistan hökumətinin Konstitusiyanı Azərbaycanın tələbi ilə dəyişmək istədiyini iddia edib. Paşinyan isə yeni Konstitusiyanın qəbulu məsələsini səkkiz il əvvəl öz gündəmlərinə daxil etdiklərini bildirib.

Baş nazir mövcud Konstitusiyanı “oliqarxiyanın Konstitusiyası” adlandırıb. O, parlamentdə əyləşən bir sıra şəxslərin Ermənistanda keçirilmiş konstitusiya referendumlarının nəticələrinin saxtalaşdırılmasında iştirak etdiyini iddia edib.

“Siz nə istəyirsiniz? İstəyirsiniz ki, sülh olmasın. Çünki müharibə olmalıdır ki, əsgərin çörəyini oğurlayıb milyardlar qazanasınız”, – deyə Paşinyan müxalifətə müraciət edib.

Paşinyan hökumətin öz gündəliyini həyata keçirdiyini və Ermənistan üçün geri dönməz sülhə nail olmağı hədəflədiyini bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
SON DƏQİQƏ! Türkiyəyə uçan Rusiya təyyarəsində bomba həyəcan