Modern.az

Çində təhsil alan idmançımız vəfat edib

Çində təhsil alan idmançımız vəfat edib

18 Sentyabr 2021, 20:17

Çinin Pekin İdman Universitetində təhsili alan azərbaycanlı idmançı Sadiq Həsənov dünyasını dəyişib.

 

Modern.az xəbər verir ki, S.Həsənov bu gün vəfat edib.

 

Məlumata görə, o, xərçəng xəstəliyindən əziyyət çəkirdi. Mərhum idmançı sabah doğulduğu Cəlilabad rayonunun Günəşli kənd qəbiristanlığında dəfn olunacaq.

 

1985-ci ildə anadan olan Sadiq Həsənağa oğlu Həsənov magistr təhsilini Çinin Pekin İdman Universitetində dövlət hesabına bitirib. Sonradan həmin universitetdə doktorantura təhsilinə başlayıb və təhsilini davam etdirib. İdmançı həmçinin bu ölkədə müxtəlif döyüş səhnələrindən bəhs olunan filmlərə çəkilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi