Modern.az

“Taliban” BMT-də çıxış etmək istəyir

“Taliban” BMT-də çıxış etmək istəyir

Dünya

22 Sentyabr 2021, 00:48

Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” hərəkatı BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxış etmək niyyətindədir.

 

Modern.az xəbər verir ki, bu barədə BMT Baş katibi Antiono Quterreşin ofisi məlumat yayıb.

 

Hərəkat çıxış etmək üçün BMT-yə müraciət edib.

 

“Taliban” Məhəmməd Şahini Əfqanıstanın BMT-dəki səfiri təyin edib.

 

Qeyd edək ki, sentyabrın 21-də Nyu-Yorkda BMT Baş Assambleyasının 76-cı sessiyası başlayıb. Sessiya sentyabrın 27-dək davam edəcək.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı