Modern.az

Bakıda tıxac olan yolların SİYAHISI

Bakıda tıxac olan yolların SİYAHISI

Hadisə

23 Sentyabr 2021, 08:52

Bakı Nəqliyyat Agentliyi bu gün səhər saatlarında sıxlıq olan yolların siyahısını açıqlayıb.

 

Agentlikdən Modern.az-a verilən məlumatda bildirilib ki, hazırda paytaxtın Alı Mustafayev küçəsi – 20 Yanvar dairəsindən Ziya Bünyadov prospekti istiqamətində, Ziya Bünyadov prospekti - Abdulvahab Salamzadə küçəsi tunelin içi və kənar yol-hər iki istiqamətdə, Rəşid Behbudov küçəsi – Xəqani küçəsi ilə kəsişmədən Mərkəzi Bankın qarşısına qədər sıxlıq var.

 

Həmçinin Bakı-Sumqayıt şossesi – şəhər istiqamətində, Babək prospekti – Yusif Səfərov küçəsi istiqamətində, Mikayıl Hüseynov prospekti – Azneft dairəsi istiqamətində, Heydər Əliyev prospekti – orta və kənar yol Atletlər kəndinin qarşısı mərkəz istiqamətində və Koroğlu Rəhimov küçəsi – Həsən Əliyev küçəsi istiqamətində sıxlıq müşahidə edilir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı