Modern.az

Deputat: \"Gözlərini QUM örtmüş Vətən xainləri,.. bütün sahələrə sızıblar\"

Deputat: \

26 Sentyabr 2021, 15:21

"Artıq tapşırıq aldılar. Total hücuma keçiblər. İrançı-erməniçi şəbəkəni deyirəm. Daşnaksyutun, Hüseyniyyun, Əhli-Beyt, Baba Pünhan kimi adların arxasından şəxsimə qarşı ən ləyaqətsiz formalarda təhqirlər yağdırırlar. Təsəllimiz odur ki, söylədiyimiz birbaşa hədəfə dəyir. Özləri başlayırlar, sonra bir qisim savadsız turançıları, səfəviçiləri, cibheyi-xəlqi, söyüş müxalifətini də işə qoşurlar".

 

Modern.az xəbər verir ki, bunu deputat Fazil Mustafa sosial şəbəkələrdə üzləşdiyi hücumlardan danışarkən bildirib.

 

"Ancaq yenə də rahatsız edəcəyəm sizləri - gözlərini QUM örtmüş Vətən xainləri! Bu da bizim səngərimizdir, bu da bizim Vətən sərhəddimizdir. Ölkəmiz üzərinə ideoloji basqıya biganə yanaşmaq xarakterimizə ziddir.  Ancaq qüvvələrini, şəbəkələrini hər yerə yerləşdiriblər. Vaxtilə komitə sədri, nazir müavini, səfir səviyyəsində kadrları vardı. Təhsil,  təhlükəsizlik, hüquq-mühafizə, diplomatiya, dini birliklər, səhiyyə, dövlət orqanları- kəsəsi bütün sahələrə sızıblar, bütün sahələrdə  himayəçiləri var. Və bizlər də bu Vətənin, bu millətin himayəsindən çıxıb hər birimiz onun ayrıca qoruyucusuna, müdafiəçisinə, hücumçusuna çevrilmədikcə, ayrı-ayrılıqda sıradan çıxarmağa, nüfuzdan salmağa çalışacaqlar",-Fazil Mustafa qeyd edib.

 

O, bu məsələdə bütün sağlam düşüncəli və məsuliyyətli azərbaycanlıların birləşməyini çox vacib sayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi