Modern.az

İlham Əliyev Qarabağdakı Rusiya sülhməramlılarının işinə belə QİYMƏT VERDİ

İlham Əliyev Qarabağdakı Rusiya sülhməramlılarının işinə belə QİYMƏT VERDİ

27 Sentyabr 2021, 15:39

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin “Anadolu” Agentliyinə müsahibə verib.


Modern.az xəbər verir ki, ölkə başçısı Laçın dəhlizinə nəzarət edən və Qarabağda yerləşdirilən Rusiya sülhməramlılarının işinə də toxunub

İlham Əliyev deyib ki, erməni təxribat qruplarının fəaliyyəti ilə Rusiyaya mütəmadi şikayətlər bildirilir.

“Qanuni şikayətlərimizi bildiririk. Təxribat qrupu o zaman oraya girdi ki, rus sülhməramlıları hələ bölgəyə tam yerləşməmişdi. Çünki noyabrın 10-da müharibə başa çatdı. Bundan sonra, Rusiya sülhməramlılarının təxminən 2 min nəfərlik heyətinin orada məskunlaşması bir müddət çəkdi. Çoxlu boşluqlar var idi. Burada ədalətli olmalıyıq. Hələ o əraziyə tam nəzarəti ələ almamışdılar. Ermənilər bundan istifadə edərək azad edilmiş torpaqlarımıza soxuldular. 

Amma ümumilikdə, Rusiya sülhməramlı qüvvələrinin fəaliyyətini müsbət qiymətləndirə bilərəm. Təbii ki, bizi qane etməyən məsələlər var, şikayətlərimiz də var. Bu, ilk növbədə, xarici vətəndaşların torpaqlarımıza qanunsuz səfərləri ilə bağlıdır. Biz dəfələrlə bu məsələni qaldırmışıq. Çünki Qarabağ bizim torpağımızdır. Bizim icazəmiz olmadan heç bir xarici vətəndaş və ya nəqliyyat vasitəsi bu ərazilərə girə bilməz. Bizdən icazə alınmalıdır. Ancaq dəqiq deyə bilərəm ki, yüz faiz səviyyəsində bu hələ həll olunmayıb. Ancaq deyim ki, xarici vətəndaşların Qarabağa qanunsuz gəlişi çox nadir haldır. Bunu da qeyd etməliyik. Siyasətimizin və israrımızın nəticəsində bu proses artıq başa çatmaq üzrədir. Ancaq təbii ki, suverenliyimizə və ərazi bütövlüyümüzə tam hörmət edilməsini istərdik. Əslində, Rusiyanın yüksək vəzifəli şəxsləri Qarabağın Azərbaycan ərazisi olduğunu bəyan edirlər. Bu halda orada xidmət edən əsgərlər də bu izahlara uyğun olaraq fəaliyyətlərini həyata keçirməlidirlər”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...