Modern.az

Antrim şəhərində şəhidlərimiz anıldı - FOTO

Antrim şəhərində şəhidlərimiz anıldı - FOTO

27 Sentyabr 2021, 16:08

 

Şimali İrlandiyada yaşayan Azərbaycan icmasının təşəbbüsü, Birləşmiş Krallıqda yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının əlaqələndiricisi Pərvanə Ağazadənin iştirakı ilə Antrim şəhərində 27 sentyabr – Anım Gününə həsr olunmuş aksiya keçirilib. 

 

Modern.az xəbər verir ki, Antrim şəhərində yerləşən “Qala Bağları”nın (“Castle Gardens”) əklil ərazisndə toplaşan soydaşlarımız 44 günlük Vətən müharibəsi dönəmində ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş igid əsgər və zabitlərimizin, eləcə də bütün şəhidlərimizin xatirəsini dərin ehtiramla yad ediblər. Onlar əllərində Azərbaycan bayrağını və Azərbaycanda Anım Gününün keçirilməsini əks etdirən plakatları nümayiş etdiriblər.

 

Qeyd edək ki, “Qala Bağları”nın əklil ərazisi şəhidlərin yad edilməsi üçün yaradılmış məkandır. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır