Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədri işdən azad edilib.
Modern.az APA-ya istinadən xəbər verir ki, bu gün Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının iclası keçirilib. İclasda şuranın sədrinin işdən azad olunması məsələsinə baxılıb. Şuranın qərarına əsasən, Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev vəzifəsindən azad edilib.
Yeni sədr təyin olunanadək sədr vəzifəsi müavin Xatirə İbrahimliyə həvalə edilib.