Modern.az

Zakir Həsənov Muhsin Dereni təltif etdi - FOTO

Zakir Həsənov Muhsin Dereni təltif etdi - FOTO

Aktual

27 Sentyabr 2021, 17:58

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikası Milli müdafiə nazirinin müavini cənab Muhsin Derenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

 

Modern.az xəbər verir ki, görüşdə Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının inkişaf perspektivləri və əsas istiqamətləri müzakirə edilib, iki ölkə ordularının müxtəlif qoşun növlərinin cəlb edilməsi ilə birgə hərbi təlimlərin keçirilməsi, həmçinin maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Sonra Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə Azərbaycan Ordusu ilə uğurlu əməkdaşlığa görə Türkiyə Respublikası Milli müdafiə nazirinin müavini cənab Muhsin Dere Azərbaycan Respublikasının "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər