Modern.az

TÜRKPA-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

TÜRKPA-da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib

28 Sentyabr 2021, 15:45

Xəbər verdiyimiz kimi, sentyabrın 28-də TÜRKPA-nın 10-cu plenar iclası keçirilib.

 

Modern.az-ın məlumatına görə, iclasın əvvəlində TürkPA-nın fəaliyyətdə olan sədri, Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Nurlan Niqmatulin açılış nitqi söyləyib.

 

O, TÜRKPA-nın fəaliyyəti haqqında fikirlərini bölüşəndən sonra, dünən Azərbaycanda 27 sentyabr – Anım Gününün qeyd edildiyini bildirib, Vətən müharibəsində qazanılmış Zəfər münasibətilə Azərbaycan xalqını, ölkə rəhbərliyini təbrik edib. Nurlan Niqmatulinin təklifi ilə tədbir iştirakçıları 44 günlük Vətən müharibəsində canlarından keçmiş Vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

 

Sonra Milli Məclisin sədri Sahibə Qafarova TÜRKPA-nın 10-cu plenar  iclasında çıxış edib. Milli Məclisin sədri Azərbaycanın 27 sentyabr – Anım Gününün yad edilməsinə görə təşəkkürünü bildirib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?