Arxiv
28 Sentyabr 2021, 16:50 | AKTUAL
Universitetdə Vətən müharibəsi qazilərilə GÖRÜŞ

Azərbaycan xalqının yaddaşına qızıl hərflərlə yazılan 2020-ci ilin sentyabr ayından bir il ötsə də o tarixi qələbə hələ yüz illərlə xatırlanacaq. Çünki həmin ildə qüdrətli Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində böyük Zəfərə, unudulmaz tarixi qələbəyə imza atdı. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun xalqımıza bəxş etdiyi sevinci hər bir azərbaycanlı bu gün böyük qürur hissi ilə yaşayır. Müasir tariximizə qızıl hərflərlə yazılan bu misilsiz hərbi nailiyyət haqqında hələ uzun illər iftixarla danışılacaq. Ən əsası isə qazandığımız bütün bu tarixi nailiyyətlərə görə Ali Baş Komandana, onun rəhbərliyi altında bizləri Qələbə sevincinə qovuşduran Azərbaycan Ordusuna, əsgər və zabitlərimizə, Vətən uğrunda canından keçən qeyrətli, cəsur oğullarımıza və qazilərimizə minnətdarıq.

 

Bu günlərdə Gəncə Dövlət Universitetində Vətən müharibəsi qaziləri ilə keçirilən görüşdə bu barədə geniş söhbət açılmışdır. Görüşü giriş sözü ilə universitetin rektoru, professor Yusif Yusibov açaraq torpaqlarımızın düşməndən azad edilməsində əsl qəhrəmanlıq göstərən şəhid övladıarımızın xatirəsinə öz ehtiramını bildirmiş və diqqətə çatdırmışdır ki, bu qələbədə qazilərin də böyük xidmətləri olmuşdur. Onlar əsl vətənpərvərlik nümayiş etdirərək 30 il işğal altında olan torpaqlarımızın cəmi 44 gün ərzində yağı düşməndən azad edilməsində böyük fədakarlıq göstəriblər.

 

Modern.az xəbər verir ki, qeyd edilib ki, Vətən müharibəsində universitetin 33 tələbəsi, o cümlədən 6 nəfər məzunu da iştirak etmiş və qazi statusu almışdır. Universitet rəhbərliyi həmin qaziləri işlə təmin etmişdir. Sinəsini Kəlbəcərin, Cəbrayılın, Qubadlının, Laçının azad olunması medalları bəzəyən bu qazilər universitet rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanaraq, onların sosial-məişət məsələləri həll edilir. Bundan başqa qazilərin, eləcə də Vətən müharibəsində iştirak etmiş tələbələrin tanınması üçün universitetdə düzəldilən guşələrdə onların şəkilləri nümayiş etdirilir.

 

Vətən müharibəsi qaziləri Orxan Əliyev, Arzu Namazov, Murad Rüstəmov, İsmət Budaqov, Amin Mustafayev və Nicat Məmmədov çıxış edərək universitet rəhbərliyinin onlara göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

 

Sonda rektor Yusif Yusibov qazilərin arzu və təkliflərini dinləmiş və onların bundan sonra da diqqət mərkəzində saxlanacaqlarını bildirmişdir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bayram Nurlunun ailə üzvləri zəhərləndi - Bacısı oğlu öldü 20 Oktyabr 2021, 07:53 "Facebook" adını dəyişir 20 Oktyabr 2021, 07:47 "Taliban" Moskvada iqtisadi və siyasi dəstək istəyəcək 20 Oktyabr 2021, 00:55 Sabirabadda ev yandı 20 Oktyabr 2021, 00:23 Sabiq konsul Elnur Əşrəfoğludan YAZDI 20 Oktyabr 2021, 00:23 XİN-dən Zəngilanla bağlı PAYLAŞIM 20 Oktyabr 2021, 00:19 Zəngilanın işğaldan azad edilməsindən 1 İL ÖTÜR 20 Oktyabr 2021, 00:06 Türkiyədə daha 223 nəfər COVID-in qurbanı oldu 19 Oktyabr 2021, 23:53 Paşinyan Qarabağ məsələsindən yaxa qurtarmaq istəyir - TƏHLİL 19 Oktyabr 2021, 23:31 Bir ailə göbələkdən zəhərləndi: Ölən var 19 Oktyabr 2021, 23:29 Münhen aeroportunda 1,2 ton narkotik müsadirə edildi 19 Oktyabr 2021, 23:00 Koronavirusdan vəfat edən Elnur Əşrəfoğlu kim idi? - DOSYE 19 Oktyabr 2021, 22:52 Afrikada güc mübarizəsi: Türkiyənin mövqeyi 19 Oktyabr 2021, 22:35 Fuad Qəhrəmanlının qızına təcavüzdə ittiham edilən şəxs saxlanılıb 19 Oktyabr 2021, 22:14 ABŞ-da təyyarə qəzası: Yaralılar var 19 Oktyabr 2021, 21:50 Konqoda yük maşını çaya düşdü: 50 ölü 19 Oktyabr 2021, 21:35 BMT KXDR-in raket sınağından narahatdır 19 Oktyabr 2021, 21:21 NATO rəsmisi Gürcüstanın vasitəçilik rolundan danışdı 19 Oktyabr 2021, 20:56 Telman İsmayılovla bağlı materiallar Monteneqroya verildi 19 Oktyabr 2021, 20:51 28 may qeyri-iş, 18 oktyabr iş günü olacaq 19 Oktyabr 2021, 20:34 “Xiaomi” elektromobillərin kütləvi istehsalına başlayır 19 Oktyabr 2021, 20:20 Türk Şurasından Afrika ölkələrinə peyvənd YARDIMI 19 Oktyabr 2021, 19:50 Nazir beynəlxalq konfransda Zəngəzur dəhlizindən danışdı 19 Oktyabr 2021, 19:42 Gülağa Aslanlının ürəyinə stent qoyuldu 19 Oktyabr 2021, 19:33 Azərbaycan daha 5 hərbçini Ermənistana QAYTARDI 19 Oktyabr 2021, 19:28 Elnur Əşrəfoğlu VƏFAT ETDİ 19 Oktyabr 2021, 19:11 Prezident Xorvatiyanın xarici işlər nazirini qəbul etdi 19 Oktyabr 2021, 19:06 Erməniləri təşvişə salan hərbi hissə - VİDEO 19 Oktyabr 2021, 19:00 Daha bir məktəb distant tədrisə keçdi 19 Oktyabr 2021, 18:56 İlham Əliyev Ərdoğana başsağlığı verdi 19 Oktyabr 2021, 18:50 Koronavirusun yeni ştammı aşkarlandı 19 Oktyabr 2021, 18:43 Azərbaycanın xarici siyasətinin başlıca prinsipi müstəqillikdir 19 Oktyabr 2021, 18:36 Universitetdə “Özbək dili günü” - FOTOLAR 19 Oktyabr 2021, 18:30 Prokurorluq həkimlə bağlı araşdırmalara BAŞLADI 19 Oktyabr 2021, 18:23 Dolların məzənnəsi sabit qaldı 19 Oktyabr 2021, 18:16