Modern.az

Nizami festivalı keçiriləcək

Nizami festivalı keçiriləcək

11 Oktyabr 2021, 00:20

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin əsərlərinə həsr olunmuş miniatürlər əsasında 3D Mapping təqdimat mərasimi keçiriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə mədəniyyət naziri Anar Kərimov bildirib.

 

“Oktyabrın 14-16-da Nizami Gəncəvi ili çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Nizamı adına Milli Ədəbiyyat Muzeyinin fasadında dahi şairimizin əsərlərinə həsr olunmuş miniatürlər əsasında 3D mapping təqdimatı keçiriləcək. Hamını Nizami festivalına dəvət edirəm”, - deyə nazir özünün tviterdəki hesabında yazıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı