Modern.az

Hacı Surxay Vətən müharibəsinin ildönümü günlərində edilən toylara QARŞI ÇIXDI

Hacı Surxay Vətən müharibəsinin ildönümü günlərində edilən toylara QARŞI ÇIXDI

Mədəni̇yyət

11 Oktyabr 2021, 08:49

Qafqaz Müsəlmanları İdarəsi Qazilər şurasının üzvü hacı Surxay Məmmədli Məhərrəm ayında toy edənlərlə bağlı bir müddət əvvəl səsləndirdiyi və böyük səs-küy doğuran iradına yenidən qayıdıb.

Modern.az-ın məlumatına görə, o, Vətən müharibəsinin ildönümünü qeyd etdiyimiz bu günlərdə toy mərasimlərinin keçirilməsinə qarşı da çıxıb:

“Məhərrəm ayında  qeyrət  nümayiş etdirib mənə irad tutanlar, sözüm sizlərədir: bu aylar Şəhidlərimizin ildönümü ərəfəsidir, Anaların göz yaşları qurumayıb! Hər gün şəhidlərimiz anılır, onların ruhuna dualar oxunur,  sizlər isə toy edirsiniz...
Bəs buna sözünüz nədir, bunu kimin adına yazacaqsınız?!”.

Hacı Surxay Məmmədlinin sözlərinə görə, Məhərrəm ayında toy edənlərə irad bildirməkdə məqsədi bu günlər üçün idi. 

“Şəhidlərimizin anım günlərində  toy edənlər, bəs buna fikirləriniz necədir? Şəhidlik məktəbindən dərs alan şəhidlərimizin anım gününə hörmət etməyi din tələb etmir, şərəf  ləyaqət və milli kimlik tələb edir. Məhərrəm ayında İmamımıza yas tutduğumuz kimi, bu günlərdə də şəhidlərimizi anırıq. Çünki biz milli-mənəvi, dini dəyərlərimizlə yaşayır, onlara hörmət və ehtiram edirik”.

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub