Modern.az

Deputat hamilə tələbələrdən vaksin tələb edilməsinə QARŞI ÇIXDI

Deputat hamilə tələbələrdən vaksin tələb edilməsinə QARŞI ÇIXDI

Parlament

11 Oktyabr 2021, 11:20

Peyvəndlənmə ilə bağlı həm dünyada həm də ölkəmizdə  çox mühüm işlər görülür.

 

Modern.az xəbər verir ki, bunu parlamentin  iclasında çıxışı zamanı deputat Rəşad Mahmudov bildirib.

 

Deputat universitetlərdə hamilə və uşaq əmizdirən xanımlarla bağlı qarşılaşdığı məsələni müzakirəyə çıxarıb:

 

“Koronavirusun yayılmasının qarşısının alınmasında peyvəndlənmə mütləqdir.

 

Uşaq əmizdirən və hamilə xanımlardan universitetə, ya da təhsil müəssisələrinə  daxil olarkən onlardan vaksin pasportu tələb olunur. Bir tələbə xanım öz istəyi ilə bunu qəbul etməyərək, universitetdə tələbə adından imtina edib.

Amma biz hamilə və uşaq əmizdirən xanımları məcbur edə bilmərik. Həmçinin əks göstəriş sertifikatı da istənməməlidir. Hesab edirəm ki, universitetlər və təhsil müəssisələri onların təhsil almaları üçün anlayış göstərməlidirlər”.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır