Arxiv
17 Oktyabr 2021, 12:18 | AKTUAL
Deputat şəhidin ailəsini ziyarət etdi

89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyev tərəfindən Ağdaş rayon Tofiqi kəndinin İkinci Qarabağ-Vətən Müharibəsi şəhidi Maqsudov Bəxtiyar Mansur oğlunun doğum günü anılıb.


Modern.az xəbər verir ki, şəhid ailəsinə başsağlığı bildirilərək şəhidimizin ruhu dərin hüznlə yad edilib. İkinci Qarabağ-Vətən müharibəsində Azərbaycan gəncliyinin vətənpərvərliyinin, əzminin bütün dünyaya nümayiş etdirildiyi, Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun xalqımıza yaşatdığı Möhtəşəm Qələbə nəticəsində bütün şəhidlərimizin qanının yerdə qalmadığı vurğulanıb.


Yaşasaydı Bəxtiyarın 25 yaşı tamam olacaqdı. Şəhid Maqsudov Bəxtiyar Mansur oğlu 17 oktyabr 1996-cı il tarixində Ağdaş rayonunun Tofiqi kəndində anadan olub.

 


İkinci Qarabağ – Vətən Müharibəsi başlananda RPQ atıcısı kimi döyüşlərə qatılmış Bəxtiyar düşmənin xeyli sayda canlı qüvvəsini, döyüş mövqelərini məhv edib.


Tərtər-Ağdərə istiqamətində gedən şiddətli döyüşlərdə 23 oktyabr 2020-ci il tarixində qəhrəmancasına şəhid olmuşdur. 24 oktyabr 2020-ci il tarixində şəhid Maqsudov Bəxtiyar Mansur oğlu öz doğma kəndində torpağa tapşırılıb.

 

Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamına əsasən Bəxtiyar ölümündən sonra “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

 

Bir daha şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyirik.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Rusiyada da "Omikron" ştamı aşkarlandı 6 Dekabr 2021, 14:50 Yas məclislərinə qoyulan qadağada dəyişiklik OLMAYACAQ 6 Dekabr 2021, 14:46 Həmkarlar ittifaqları arasında MEMORANDUM 6 Dekabr 2021, 14:40 Prezident və ailə üzvləri Qubada... 6 Dekabr 2021, 14:36 Qarabağ və Şərqi Zəngəzurun demoqrafik göstəriciləri açıqlandı 6 Dekabr 2021, 14:30 Putin-Bayden görüşünün gündəliyi açıqlandı 6 Dekabr 2021, 14:26 “Qaraheybət”in yarımçıq qoyduğu daha bir ömür – “Kaş balası olaydı, Ceyhunun qoxusunu ondan alaydım” 6 Dekabr 2021, 14:14 “Şollerin arxivi” filminə görə həm mükafat aldım, həm də iş təklifi - Cəlaləddin Qasımov 6 Dekabr 2021, 14:08 Müxalifət hakimiyyətə gəlsəydi, Belarus olmayacaqdı - Lukaşenko 6 Dekabr 2021, 14:02 Aberdində Azərbaycan icması ilə görüş - FOTO 6 Dekabr 2021, 13:56 UNEC-də laboratoriyaya Aziz Sancarın adı verildi - FOTO 6 Dekabr 2021, 13:50 Baş redaktor alimlərin pulunu mənimsəyib - AMEA-dan DİN-ə şikayət 6 Dekabr 2021, 13:44 Ata həbsdə olan oğluna “sovqat” apardı - FOTO 6 Dekabr 2021, 13:40 Ərzaq 3 dəfə BAHALAŞIB - İnflyasiya riski artır 6 Dekabr 2021, 13:35 Xarıbülbül simvollu corab kütləvi qəzəbə səbəb oldu - Deputat və Şəhid xanımından ETİRAZ 6 Dekabr 2021, 13:30 Rusiya - Ukrayna cəbhəsi yenidən ALOVLANIR - Hər an müharibə başlaya bilər 6 Dekabr 2021, 13:25 Mir Möhsün Nəvvabın Cıdır düzündə yerləşən məzarı bərpa olundu 6 Dekabr 2021, 13:20 Ov qaydalarını pozanlar cəzalandırıldı 6 Dekabr 2021, 13:15 Ərdoğan BƏƏ-yə səfər edəcək 6 Dekabr 2021, 13:10 Geri qayıdacaq köçkünlərin statusu ilə bağlı sənəd hökumətə TƏQDİM OLUNDU 6 Dekabr 2021, 13:06 Ukrayna-Rusiya sərhədini qanunsuz keçmək istəyən azərbaycanlılar SAXLANILDI 6 Dekabr 2021, 13:00 Rusiyada daha 1184 nəfər koronavirusdan ÖLDÜ 6 Dekabr 2021, 12:55 Azərbaycan yeni silahlar istehsal edəcək 6 Dekabr 2021, 12:50 Bakı və Sumqayıtda pensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK 6 Dekabr 2021, 12:45 Sabaha gözlənilən hava PROQNOZU 6 Dekabr 2021, 12:40 Azərbaycan Finlandiyanı təbrik etdi 6 Dekabr 2021, 12:36 “Koronavirusu çinlilər icad etməyib” - Məşhur alim 6 Dekabr 2021, 12:32 Aziz Sancar İlham Əliyevlə görüşündən danışdı 6 Dekabr 2021, 12:29 Səlim Müslümovun həbs müddəti uzadıldı 6 Dekabr 2021, 12:27 Rusiya sülhməramlılarından Ağdərə AÇIQLAMASI 6 Dekabr 2021, 12:24 Maaş, pensiya və təqaüdlərin nə qədər artacağı AÇIQLANDI 6 Dekabr 2021, 12:20 BirKart hədiyyə qazandırır  6 Dekabr 2021, 12:15 “Azərbaycanlı alimlərlə işləmək planım yoxdu” 6 Dekabr 2021, 12:12 Vətən müharibəsinin qazi müəllimi insultdan öldü 6 Dekabr 2021, 12:10 Prezident Vüqar Gülməmmədovla bağlı sərəncam İMZALADI 6 Dekabr 2021, 12:05
SORĞU Kommunal xərciniz ən çox hansı xidmətə gedir?