Modern.az

Ermənistanda seçkilər: Paşinyanın partiyası məğlub oldu

Ermənistanda seçkilər: Paşinyanın partiyası məğlub oldu

18 Oktyabr 2021, 13:03

Ermənistanda yerli idarəetmə orqanlarına seçkilər keçirilib.

 

Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Gorusda müxalifəti təmsil edən “Aruş Aruşanyan bloku” 6269 səslə qələbə qazanıb.

İkinci yerdə iqtidardakı “Vətəndaş Müqaviləsi” partiyası 3568 səslə qərarlaşıb. Ölkənin ikinci ən böyük şəhəri Gümrüdə isə “Balasanyan bloku” 9637 səs toplayaraq Paşinyanın partiyasını qabaqlayıb.

 

Tatev, Dilican və Tex icmalarında “Vətəndaş Müqaviləsi” partiyası qalib olduğu üçün həmin icmalara iqtidar partiyasının namizədləri rəhbərlik edəcək. Mehridəki seçkiləri isə Serj Sarksiyanın “Respublika bloku” qazanıb.

                                                                                                 

9 icmada seçici fəallığı 33,23% olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir